Instagram, TikTok və Facebook səhifələrini idarə edir, kreativ kontent hazırlamaq bacarığı tələb olunur
Vakansiya haqqında
Arzum Beauty-dan vakansiya: Sosial Media Mütəxəssisi tələb olunur
Vəzifə öhdəlikləri:
- Şirkətin sosial media hesablarının gündəlik idarə olunması və aktivliyinin təmin edilməsi;
- Sosial media platformaları üçün həftəlik və aylıq kontent planının hazırlanması və icrası;
- Mağazalarda gündəlik məhsul tanıtımı, kampaniya və yeniliklərlə bağlı Story və Reels videolarının çəkilməsi;
- Brendin sosial media siması olaraq kamera qarşısında məhsulların təqdim edilməsi;
- Sosial media üçün kreativ, aktual və satışyönümlü kontent ideyalarının hazırlanması;
- Paylaşımların planlaşdırılması, hazırlanması və vaxtında yayımlanması;
- Meta Ads üzərindən reklam kampaniyalarının yaradılması, idarə olunması və optimallaşdırılması;
- Sosial media hesablarının statistik göstəricilərinin təhlili və mütəmadi hesabatların hazırlanması;
- İzləyici sayının, əhatə dairəsinin (Reach) və qarşılıqlı əlaqənin (Engagement) artırılması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi;
- Sosial media trendlərinin və rəqib səhifələrin mütəmadi izlənilməsi;
- Marketinq kampaniyalarının sosial media üzərindən effektiv şəkildə işıqlandırılması;
- Kontentin effektivliyinin təhlil edilməsi və nəticələrə əsasən yeni təkliflərin hazırlanması;
- Marketinq komandası ilə koordinasiyalı şəkildə çalışılması.
Namizədlərə tələblər:
- Təhsil : Ali
- İş təcrübəsi : 1 ildən 3 ilə kimi
- Cins və Yaş həddi: İşin xarakteri və xüsusiyyətləri nəzərə alınaraq, 22-35 yaşında Xanım namizədlərin müraciətlərinə üstünlük verilir
- Instagram, TikTok və Facebook platformalarının iş prinsiplərini bilmək;
- Meta Business Suite və Meta Ads Manager ilə işləmək bacarığı;
- Kamera qarşısında sərbəst, enerjili və səlis danışıq qabiliyyəti;
- Mobil telefonla keyfiyyətli foto və video çəkiliş bacarığı;
- CapCut, Canva və digər kontent hazırlama proqramları ilə işləmək bacarığı;
- Kreativ düşüncə, təşəbbüskarlıq və trendlərə çevik uyğunlaşma;
- Analitik düşünmə və sosial media göstəricilərini təhlil etmək bacarığı;
- Azərbaycan dilində səlis və düzgün nitq qabiliyyəti;
- Komandada işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00-dan 18:00-kimi
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 800 manat təşkil edir
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Sosial media meneceri üzrə bazar adətən 500–800 ₼ ödəyir, median — 700 ₼.
32 açıq vakansiya, 62 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sosial media meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-kimi təşkil olunur.
Başlanğıc aylıq məvacib 800 manatdır.
22-35 yaş arasında xanım namizədlərə üstünlük verilir.
Namizədin 1 ildən 3 ilə kimi iş təcrübəsi olmalıdır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSosial media meneceri üzrə Bakıda digər açıq elanlar.
Sosial şəbəkələri idarə edir, AI alətlərindən istifadə edir və ən azı 3 il təcrübə tələb olunur
Sosial media platformalarını idarə edir və kreativ kontent hazırlamaq bacarığı tələb olunur
Sosial media platformalarında kontent yaradır və reklam kampaniyalarını idarə edir, 1.5 il təcrübə tələb olunur.




