Rəqəmsal kanallarda reklam kampaniyalarını idarə edir və performans marketinqi üzrə təcrübəyə malikdir.
Vakansiya haqqında
Hazırda komandamıza uzunmüddətli əməkdaşlıq üçün yüksək ixtisaslı, nəticəyönümlü və komanda ilə işləmə bacarığına malik bir targetoloq axtarırıq. Namizəd rəqəmsal platformalar – xüsusilə Facebook, Instagram və digər sosial media kanallarında effektiv hədəfləmə vasitəsilə potensial müştəriləri cəlb etmək sahəsində təcrübəyə malik olmalıdır.
Əsas vəzifə və öhdəliklər:
- Meta (Facebook/Instagram), həmçinin TikTok və digər rəqəmsal platformalarda reklam kampaniyalarının planlaşdırılması, qurulması və optimizasiyası;
- Effektiv lido-generasiya strategiyalarının qurulması və keyfiyyətli lead axınının təmin edilməsi;
- Reklam kampaniyalarının effektivliyinin artırılması və miqyaslanması;
- CPL, CPA, CTR, ROAS kimi əsas performans göstəricilərinin müntəzəm izlənməsi və təhlili;
- Yeni hipotezlərin hazırlanması, A/B testlərin aparılması və nəticələrin qiymətləndirilməsi;
- Reklam materialları üçün texniki tapşırıqların hazırlanması və müvafiq komandalarla koordinasiya;
- Kampaniya nəticələrinə dair hesabatların hazırlanması və təqdim edilməsi;
- Marketinq, satış və kontent komandaları ilə effektiv əməkdaşlıq;
- Müraciətlərin maya dəyərinin optimallaşdırılması və konversiya göstəricilərinin artırılması.
Namizədə olan tələblər:
- Tarqetinq və ya rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
- Lido-generasiya və "Lead Forms" ilə işləməkdə praktiki təcrübə;
- Meta Ads, TikTok Ads və digər reklam platformaları ilə işləmə bacarığı;
- Meta Pixel, Conversion API, retargeting və custom audience-lər üzrə biliklər;
- Rəqəmsal analitika və əsas performans metrikaları üzrə praktiki təcrübə;
- Azərbaycan dilində sərbəst ünsiyyət (rus dili arzuolunandır);
- Analitik və strateji düşünmə qabiliyyəti;
- Komanda ilə işləmək və effektiv kommunikasiya bacarığı;
- Məsuliyyətlilik, strukturlaşdırılmış yanaşma və deadline-lara riayət.
Təklif etdiyimiz şərtlər:
- Sabit aylıq əməkhaqqı
- 5 günlük iş qrafiki — 10:00–19:00
- Müasir və komfortlu ofisdə iş mühiti
- Peşəkar və mehriban komanda
- Təlim və inkişaf imkanları
- Karyera inkişafı üçün real imkanlar
- Yaradıcı təşəbbüslərə və yeni ideyalara açıq iş mühiti
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Şirkət haqqında
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Rəqəmsal platformalarda reklam kampaniyalarını idarə edir və optimallaşdırır, Meta Ads bilikləri tələb olunur
Digital reklam kampaniyalarını idarə edir, Meta Ads və Google Ads təcrübəsi tələb olunur.
Ödənişli digital kanallarda reklam kampaniyalarını idarə edir və performans nəticələrini optimallaşdırır.



