Sosial media və marketinq üçün kreativ qrafik və video dizayn hazırlamaq, Adobe proqramlarını bilmək.
Vakansiya haqqında
Komandamıza yaradıcı düşüncəyə sahib, video çəkilişi və montaj sahəsində təcrübəli Montajçı / Videoqraf axtarırıq.
Vəzifə öhdəlikləri
- Sosial media üçün müxtəlif formatlarda video çəkilişlərinin həyata keçirilməsi;
- Çəkilmiş video materialların seçilməsi, kəsilməsi və montaj edilməsi;
- Reels, TikTok, Shorts və digər sosial media formatları üçün qısa və dinamik videoların hazırlanması;
- Videolarda kreativ keçidlər, effektlər, animasiyalar və digər montaj elementlərindən istifadə edilməsi;
- Video və audio materialların keyfiyyətli şəkildə işlənməsi;
- Səs, musiqi və digər audio elementlərin videoya uyğunlaşdırılması;
- Hazırlanan videoların sosial media platformalarının format və tələblərinə uyğunlaşdırılması;
- Çəkiliş zamanı kadr, işıq, səs və görüntü keyfiyyətinə diqqət yetirilməsi;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək;
Namizədə tələblər
- Videqoqraf sahəsində minimum 3 il iş təcrübəsi
- Video çəkilişi və montaj sahəsində praktiki biliklər;
- Adobe Premiere Pro, Adobe After Effects, DaVinci Resolve, CapCut və ya digər montaj proqramlarından yaxşı səviyyədə işləmək bacarığı;
- Videoları düzgün kəsib-doğramaq, ritmə uyğun montaj etmək və maraqlı süjet yaratmaq bacarığı;
- Sosial media üçün baxımlı və dinamik videolar hazırlamaq bacarığı;
- Kadr quruluşu, işıqlandırma və video çəkiliş prinsipləri haqqında anlayış;
- Audio və video sinxronizasiyası üzrə bacarıq;
- Media, radio, televiziya və ya xəbər sahəsində iş təcrübəsinin olması
- Verilən tapşırıqları vaxtında icra etmək;
- Komanda ilə işləmək və verilən geri dönüşlərə uyğun düzəlişlər etmək;
Vakansiya ilə maraqlanan namizədlər CV və portfolio/linklərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 sentyabr 2026
Son tarix
3 oktyabr 2026
Şirkət haqqında
Jseven Company MMC
Bakı
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
1 000₼
Müraciət etAsan müraciətAsan müraciət
1 000₼
YouTube və TikTok üçün videolar hazırlamaq və redaktə etmək bacarığı tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
800₼6 gün qalıb
Video materialları peşəkar şəkildə montaj edir və Adobe proqramlarında işləməyi bacarır.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Kreativ videoqrafiya və montaj işləri görür, ən azı 1 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət




