Vakansiya haqqında

QALAN — Azərbaycan, Qazaxıstan, Özbəkistan və Rusiya bazarlarında fəaliyyət göstərən beynəlxalq EdTech şirkətidir. Müasir və innovativ təhsil həlləri təqdim edən şirkət olaraq, rəqəmsal platformalarda kreativ və keyfiyyətli kontentə xüsusi önəm veririk.

Hazırda komandamıza qoşulacaq kreativ, dinamik və peşəkar Videoqraf & Mobiloqraf axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Marketinq komandası ilə birlikdə kreativ ideyaların və kontent planının hazırlanmasında iştirak etmək;
  • Sosial media üçün video konsepsiyalar və çəkiliş ssenariləri hazırlamaq;
  • Çəkiliş prosesini planlamaq və həyata keçirmək;
  • Kamera, işıq, mikrofon və digər çəkiliş avadanlıqlarından istifadə etmək;
  • Çəkilmiş materialların montajını həyata keçirmək;
  • Rəng korreksiyası, səs tənzimlənməsi, subtitr və vizual effektlər tətbiq etmək;
  • Reels, TikTok, YouTube Shorts və digər platformalar üçün uyğun formatlarda videolar hazırlamaq;
  • Hazır kontentin texniki və vizual keyfiyyətinə nəzarət etmək;
  • Sosial media trendlərini izləmək və yeni kreativ ideyalar təklif etmək;
  • Tapşırıqları müəyyən edilmiş deadline-lara uyğun şəkildə yerinə yetirmək.

Tələblər:

  • Videoqrafiya sahəsində ən azı 1 il təcrübə;
  • Kamera və çəkiliş avadanlıqları ilə işləmə bacarığı;
  • Adobe Premiere Pro, CapCut, DaVinci Resolve və ya digər montaj proqramlarından birində yaxşı səviyyədə bilik;
  • Çəkiliş, montaj, işıqlandırma və kadr quruluşu üzrə praktiki bacarıqlar;
  • Sosial media video formatlarını və trendlərini yaxşı bilmək;
  • Kreativ düşüncə və güclü vizual zövq;
  • Komanda ilə işləmək və effektiv kommunikasiya bacarığı;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
  • Portfolio və iş nümunələrinin olması mütləqdir.

Əlavə üstünlüklər:

  • Adobe After Effects / Motion Graphics bilikləri;
  • Fotoçəkiliş və drone çəkilişi təcrübəsi;
  • Reklam və sosial media layihələrində təcrübə;
  • Storytelling və kreativ konsepsiya hazırlamaq bacarığı.

İş şərtləri:

  • İş yeri: Bakı, AF City
  • İş qrafiki: 09:00–18:00
  • İş rejimi: 5/2
  • Əmək haqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müəyyən ediləcək.

Qeyd: CV ilə birlikdə portfolio və iş nümunələrinin təqdim edilməsi mütləqdir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 sentyabr 2026
Son tarix
2 oktyabr 2026

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Odixcity Consulting
Middle · 3–5 il
Maaş göstərilməyib

Yaradıcı videolar istehsal edir və Adobe Premiere Pro kimi proqramlarda mükəmməl bacarıq tələb olunur.

Adobe Premiere ProDaVinci ResolveLightingProject Management+7
Müraciət et
Jseven Company MMC
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Video çəkilişi və montaj işlərini sosial media üçün aparır, minimum 3 il təcrübə tələb olunur.

Adobe Premiere ProAdobe After EffectsDaVinci ResolveVideo Shooting+2
Müraciət etAsan müraciətAsan müraciət
DigiBoom Marketinq Agentliyi
Middle · 1+ ilBakı
800–1 000

Gündəlik video kontent çəkir, montaj edir və Adobe Premiere bacarığı tələb olunur

TeamworkContent PlanningCreativityAdobe Premiere+3
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Videoqraf və mobiloqraf
Müraciət et