Foto və video çəkilişləri aparır, video montaj və rəng korreksiyası bacarığı tələb olunur
Vakansiya haqqında
- Şirkətin fəaliyyət istiqamətlərinə uyğun video və foto materialların hazırlanması
- Forum, konfrans, seminar, təlim, müsahibə və digər tədbirlərdə peşəkar videoçəkilişlərin həyata keçirilməsi
- Çəkilmiş videomaterialların montaj edilməsi, rəng korreksiyası və səs tənzimləmələrinin aparılması
- Instagram, Facebook, TikTok, LinkedIn və YouTube platformaları üçün müxtəlif formatlarda videokontentin hazırlanması
- Videoçarxların hazırlanmasında yaradıcı ideyaların və fərqli vizual yanaşmaların tətbiq edilməsi
- Hazırlanan videomaterialların şirkətin korporativ üslubuna və keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi
- Hazırlanan materialların müəyyən edilmiş müddətlərdə təhvil verilməsi
- İş qrafiki: 5 günlük iş həftəsi
- Əmək haqqı: 800–900 AZN
- Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Biznes Mərkəzi
Tələblər
- Yaş həddi: 23-35
- Ali təhsil tələb olunmur.
- Videoqrafiya və videomontaj sahəsində minimum 1 il iş təcrübəsi
- Peşəkar kamera, obyektiv, stabilizator, mikrofon və işıqlandırma avadanlıqları ilə işləmək bacarığı
- Videomontaj proqramlarında sərbəst işləmək bacarığı
- Kadr kompozisiyası, işıqlandırma, rəng korreksiyası və səs keyfiyyəti üzrə praktiki biliklər
- Sosial media platformalarının videoformatları və aktual kontent tendensiyaları barədə məlumatlı olmaq
- Dinamik, yaradıcı və izləyici diqqətini cəlb edən videolar hazırlamaq bacarığı
- Müsahibə, tədbir və reportaj çəkilişlərində təcrübənin olması üstünlükdür
- Çəkiliş prosesini müstəqil planlaşdırmaq və idarə etmək bacarığı
- Yaradıcı düşüncə, vizual zövq və detallara diqqət
- Operativlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı
- Müraciət zamanı əvvəlki işlərdən ibarət portfolionun təqdim edilməsi mütləqdir
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Videoqraf üzrə bazar adətən 900–1 400 ₼ ödəyir, median — 1 100 ₼.
8 açıq vakansiya, 26 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Videoqraf kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Cəlil Məmmədquluzadə 102A, City Point Biznes Mərkəzindədir.
İş həftədə 5 gün işlənir.
Əmək haqqı 800–900 ₼ aralığındadır.
Yaş həddi 23-35 arasıdır.
Videoqrafiya və videomontaj sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
Müraciət zamanı əvvəlki işlərdən ibarət portfolionun təqdim edilməsi mütləqdir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarVideoqraf üzrə Bakıda digər açıq elanlar.
Reklam və sosial media üçün peşəkar video çəkilişi və montajı üzrə ən azı 3 il təcrübə tələb olunur
Şirkətin sosial media üçün kreativ video çəkilişi və montajını həyata keçirmək bacarığı tələb olunur
Klinikanın sosial media üçün video çəkilişi və montaj işlərini həyata keçirmək üçün peşəkar videoqraf tələb olunur




