Tədbir və sosial media üçün video çəkiliş və montaj işlərini həyata keçirir, Adobe proqramlarını bilir.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Marketinq fəaliyyətləri üçün foto və video çəkilişlərini planlaşdırmaq və həyata keçirmək.
- Sosial media, rəqəmsal platformalar üçün vizual məzmun, qrafik dizayn və video materialları hazırlamaq.
- Hazırlanan foto, video və s. dizayn materiallarının montajını və yekun emalını həyata keçirmək.
- Brendin korporativ vizual üslubuna uyğun məzmun yaratmaq və onun vahidliyini qorumaq.
- Çəkilişlərin təşkili və icrası zamanı aidiyyəti şöbələr və əməkdaşlarla koordinasiyalı işləmək.
- Hazırlanan materialların keyfiyyətini və vaxtında təhvil verilməsini təmin etmək.
- Vəzifə funksiyalarına uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
- TikTok, Instagram Reels və YouTube Shorts platformalarına uyğun formatlarda kontent hazırlamaq;
- Platformalarda aktual trendləri, kontent formatlarını və auditoriya davranışlarını mütəmadi izləyərək innovativ həllər təklif etmək;
Tələblər:
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi.
- Foto və video çəkilişi, montajı və qrafik dizayn sahəsində praktiki təcrübə.
- Adobe Premiere Pro, After Effects, Photoshop, Illustrator və Lightroom proqramlarında işləmək bacarığı.
- Peşəkar kamera, işıqlandırma, səs avadanlıqları və gimbal ilə işləmək bacarığı.
- Video montajı, rəng korreksiyası (Color Correction), səs emalı və motion graphic üzrə biliklər.
- Instagram, Facebook, TikTok, YouTube və LinkedIn platformaları üçün foto və video kontent hazırlamaq və paylaşmaq bacarığı.
- Güclü vizual zövq, kompozisiya, kadraj və brend estetikası üzrə biliklər.
- Kreativ düşüncə, məsuliyyətlilik, vaxtın effektiv idarə olunması və komanda ilə işləmək bacarığı.
- Portfolio təqdim edilməsi mütləqdir.
- Tibbi və ya korporativ sahədə iş təcrübəsi üstünlükdür.
Şərtlər:
- AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
· İş qrafiki: Bazar ertəsi–Cümə | 09:00–18:00
· Şirkət tərəfindən naharla təmin olunur
· Peşəkar inkişaf və karyera imkanları
· Əmək haqqı:1000-1500
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Videoqraf üzrə bazar adətən 1 000–1 500 ₼ ödəyir, median — 1 100 ₼.
9 açıq vakansiya, 26 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Videoqraf kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarVideoqraf üzrə Bakıda digər açıq elanlar.
Video çəkilişlərini həyata keçirir, peşəkar kamera və video montaj bacarıqları tələb olunur.
Təhsil prosesinin və tədbirlərin video çəkilişi, montaj və sosial media üçün kontent hazırlamaq bacarığı tələb olunur
Şirkətin sosial media üçün kreativ video çəkilişi və montajını həyata keçirmək bacarığı tələb olunur




