Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Tələblər:
- Ali təhsil;
- Təcrübə: Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
- Satışların, ehtiyatların təhlili üzrə bilikər və təcrübə;
- Komputer üzrə biliklər: 1C; MS Office (Excell- əla səviyyədə) proqramlarından sərbəst istifadə qabiliyyəti;
Vəzifə öhdəliki:
- Şirkətin məhsul portfelindəki qalıq səviyyələrini mütəmadi izləmək, stoku azalan və ya bitən (Out of Stock) çeşidləri vaxtında müəyyən etmək; defisitin yaranma səbəblərini (tədarükçü, logistika, sənədləşmə, qeydiyyat və s.) qruplaşdıraraq itirilmiş satış potensialını hesablamaq və həll yolları təklif etmək
- Yerli və xarici tədarükçülərin/istehsalçıların performansını, satış paylarını və tədarük zəncirinin səmərəliliyini dinamik şəkildə analiz etmək, alış trendlərini proqnozlaşdırmaq
- Beynəlxalq və yerli analitik data bazalarından (məsələn, IQVIA) istifadə edərək top-məhsulların bazardakı mövqeyini, rəqiblərlə olan pay fərqlərini qiymətləndirmək və strateji böyümə boşluqlarını aşkar etmək
- 1C ERP sistemindən və digər daxili mənbələrdən gələn böyük verilənlər bazasını Microsoft Excel (Advanced) və Power Query mühitində emal etmək, data təmizləmə (data cleaning, unpivoting) proseslərini icra etmək
- İT və texniki komandalarla koordinasiyalı şəkildə işləyərək daxili ERP sistemləri üzərində analitik izləmə uzantılarının/modullarının test edilməsi və tətbiqi prosesinə rəhbərlik etmək
- Hesabatların daha interaktiv və vizual olması üçün Power BI mühitində idarəetmə panelləri (dashboards) hazırlamaq və biznes KPI-larını rəqəmsallaşdırmaq
- Mürəkkəb analitik nəticələri rəhbərliyin operativ və strateji qərar qəbul edə biləcəyi şəkildə qısa, konkret və peşəkar işgüzar mətnlər/təqdimatlar formasına salmaq
İş şəraiti:
- İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı – 1500-2000 AZN (Namizədin təcrübəsindən asılı olaraq)
Şirkət haqqında
Zeytun Pharmaceuticals MMC Azərbaycanın aparıcı əczaçılıq və səhiyyə təchizat şirkətlərindən biridir. Şirkət 2014-cü ildən etibarən fəaliyyət göstərir və dərman vasitələrinin idxalı, distribusiyası, topdansatışı, pərakəndə satışı və aptek şəbəkəsinin idarə olunması istiqamətində ölkə üzrə geniş fəaliyyət göstərir. Zeytun Pharmaceuticals ölkənin bütün regionlarını əhatə edən geniş logistika və satış infrastrukturu ilə fəaliyyət göstərərək, dövlət və özəl tibb müəssisələrinin etibarlı tərəfdaşlarından biri hesab olunur. Şirkət beynəlxalq farmasevtik istehsalçılarla əməkdaşlıq edir və yüksək keyfiyyət, təhlükəsizlik və beynəlxalq standartlara uyğun xidmət prinsiplərini əsas tutur. Hazırda şirkətin Bakı və regionlar daxil olmaqla 1000+ əməkdaşı , yüzlərlə aptek və geniş distribusiya şəbəkəsi mövcuddur. Şirkət Azərbaycanın farmasevtika sektorunda ən böyük və sürətlə inkişaf edən şirkətlərdən biri kimi tanınır.
Zeytun Pharmaceuticals — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.



