Vakansiya haqqında

Biz konkret sahə üzrə mütəxəssis axtarmırıq.

Biz çox güclü düşünən, sürətlə öyrənən və süni intellekt vasitəsilə bilmədiyi işi belə yüksək səviyyədə həll edə bilən insan axtarırıq.

Bu vəzifənin funksional çərçivəsi yoxdur. Business Development, Business Analysis, Research, Marketing və Growth istiqamətində müxtəlif problemlərlə işləyəcəksiniz. Bu gün kontent strategiyası üzərində işləyə bilərsiniz. Sabah yeni biznes ideyasını analiz edə, başqa gün satış prosesini təkmilləşdirə, təqdimat hazırlaya, research apara və ya yeni bir layihəni təmsil etmək üçün gedib Amerikada təqdimat etməyi üzərinizə götürə bilərsiniz.

Əsas prinsip sadədir:

  • Əgər bir işi AI, research və düzgün düşüncə vasitəsilə həll etmək mümkündürsə, deməli
  • həmin iş bu vəzifənin öhdəliklərinə daxildir.
  • Namizəddən nə gözləyirik?
  • Bizə sadəcə “ChatGPT belə dedi” deyən insan lazım deyil.
  • Bizə belə düşünən insan lazımdır:

Niyə?

  • Bu nəticəyə necə gəldik?
  • Başqa variant varmı?
  • Hansı fərziyyə səhv ola bilər?
  • Bunun əksini sübut etmək mümkündürmü?
  • Daha yaxşı üsul nədir?
  • Bunu real dünyada necə yoxlaya bilərik?

Sizdə güclü:

  • analytical thinking;
  • critical reasoning;
  • research;
  • comparison;
  • problem solving;
  • pattern recognition;
  • communication bacarıqları olmalıdır.

AI-nın verdiyi ilk cavabı qəbul etməməli, onu sorğulamalı, yoxlamalı, müqayisə etməli və daha yaxşı nəticə verməyə məcbur etməlisiniz.

Təcrübə?

  • 0 il ola bilər. Bu bizim üçün problem deyil.
  • Biz 10 illik təcrübəyə sahib olub eyni düşüncə modelini təkrarlayan namizəddənsə, ilk dəfə
  • gördüyü problemi qısa müddətdə anlayıb düzgün həll istiqaməti qura bilən namizədi üstün tuturuq.

Digər gözləntilər

  • İngilis dilində sərbəst research aparmaq bacarığı;
  • Yeni mövzu və texnologiyaları çox sürətli mənimsəmək;
  • Güclü yazılı və şifahi kommunikasiya;
  • Təşəbbüskarlıq və liderlik potensialı;
  • Kamera və auditoriya qarşısında rahat danışmaq.

Yüksək DİM balı, olimpiada nəticələri, güclü akademik göstəricilər və digər intellektual nailiyyətlər üstünlük hesab olunur.

Seçim prosesi

  • Müsahibədə CV-dən daha çox necə düşündüyünüzə baxacağıq.
  • Namizədə daha əvvəl heç qarşılaşmadığı tapşırıq verilə bilər. Cavabı bilməsi vacib deyil.

Vacib olan:

  • düzgün sualları verə bilməsi, problemi anlaya bilməsi, AI-dan düzgün istifadə etməsi və nəticəyə çata bilməsidir.

İş şəraiti

  • Tam ştat
  • Həftədə 5 gün
  • İş saatı: 10:00–19:00

Biz hər şeyi bilən insan axtarmırıq.

Biz bilmədiyi işi də süni intellekt vasitəsilə həll edə biləcək qədər güclü düşünən zəki insanlar axtarırıq.

Maaş?

  • Əgər həqiqətən axtardığımız qədər güclü düşünürsənsə və bacarıqlarını real nəticəyə çevirə bilsən, istədiyindən də artığını qazana bilərsən. Əmək haqqı namizədin təcrübəsinə deyil, potensialına, düşüncə səviyyəsinə və ortaya qoyduğu nəticələrə əsasən müəyyən ediləcək və performans əsaslı bonuslarla tamamlanacaq.

CV və qısa motivasiya məktubunuzu mövzu hissəsində “AI Business Specialist” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 sentyabr 2026
Dillər
English
Son tarix
7 oktyabr 2026

Şirkət haqqında

Honours Academy
Education · Baku
Honours Academy — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Şərg salatlar
ManagerBakı
Maaş göstərilməyib

Qida sektorunda satış sahəsində komanda idarə edən güclü lider axtarılır.

Team ManagementCustomer Relationship ManagementPresentation SkillsLeadership+7
Müraciət etAsan müraciətAsan müraciət
Avrora
Middle · 2–3 ilBakı
Maaş göstərilməyib

Daxili nəzarət və inventarizasiya üzrə hesabatlar hazırlayır, analitik düşünmə tələb olunur.

Internal AuditInventory ManagementReport PreparationData Analysis+8
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
AI biznes mütəxəssisi
Müraciət et