Korporativ müştərilər üçün bank tətbiqlərinin inkişafında biznes və sistem analizi aparır, Agile bilik tələb olunur.
Vakansiya haqqında
Struktur bölmə: Proqram təminatı tərtibatı sektoru
Tabeçilik: Sektor müdiri
İşin təsviri:
- Müştəri, istifadəçi və aidiyyəti struktur bölmələrin biznes ehtiyaclarının müəyyənləşdirilməsi, təhlili, prioritetləşdirilməsi və sənədləşdirilməsi, biznes problemi, istifadəçi ehtiyacları, məhsul məqsədləri və uğur meyarlarının formalaşdırılması.
- Məhsul və həll konsepsiyasının formalaşdırılması, əhatə dairəsi (Scope), MVP (Minimum Viable Product), əsas funksionallıqlar, biznes qaydaları, istifadəçi rolları, məhdudiyyətlər və asılılıqların müəyyənləşdirilməsi.
- Mövcud biznes proseslərinin (AS-IS) təhlil edilməsi, problemlər və səmərəsizliklərin müəyyənləşdirilməsi, hədəf proseslərin (TO-BE) modelləşdirilməsi və optimallaşdırılması üzrə təkliflərin hazırlanması.
- Biznes, funksional və qeyri-funksional tələblərin, User Story, Use Case, Acceptance Criteria, biznes qaydaları və digər analitik sənədlərin hazırlanması, razılaşdırılması və aktuallığının təmin edilməsi.
- BRD, SRS və digər tələb və analiz sənədlərinin hazırlanması, struktur və versiyalarının idarə edilməsi, dəyişikliklərə uyğun yenilənməsi.
- Product Roadmap və Product Backlog-un formalaşdırılmasında iştirak edilməsi, backlog elementlərinin hazırlanması, prioritetləşdirilməsi və inkişaf planlarına uyğunlaşdırılması.
- Proqram təminatının işlənməsi və sınağı zamanı biznes və funksional tələblərlə bağlı sualların cavablandırılması, qeyri-müəyyənliklərin aradan qaldırılması və qəbul edilmiş qərarların sənədləşdirilməsi.
- Biznes və məhsul analitikası üzrə sənədləşmə, tələblərin idarə edilməsi və analiz standartlarının təkmilləşdirilməsi, vahid metodologiyanın tətbiqinin dəstəklənməsi və biznes analitiklərinə metodoloji dəstəyin göstərilməsi.
Namizədə dair tələblər:
- İnformasiya texnologiyaları, biznesin idarə edilməsi, iqtisadiyyat və ya digər uyğun ixtisas üzrə ali təhsil.
- İT sahəsində biznes və məhsul analitiki kimi minimum 3 (üç) il iş təcrübəsi.
- Güclü analitik düşünmə və problem həlletmə bacarıqları.
- BPMN, UML kimi proses modelləşdirmə notasiyaları üzrə biliklər.
- Agile, Scrum, Kanban və ya digər çevik layihə idarəetmə metodologiyaları üzrə təcrübə.
- SQL sorğuları və API-lərlə (REST/JSON) işləmək bacarığı.
- Güclü yazılı və şifahi kommunikasiya bacarıqları.
- Komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı.
- Azərbaycan dilində yüksək səviyyədə, ingilis dilində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (rus dili biliyi əlavə üstünlükdür).
Əlavə məlumat:
- İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək.
- İstirahət günləri: şənbə və bazar günləri, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş bayram və qeyri-iş günləri.
- Vakansiya növü: tam ştat.
- İş yeri: “Bakinity Distribution” MMC (Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 86B).
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Təminatlar:
- Push30 platformasından istifadə imkanı.
- AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
- Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
- Texnologiyalar parkının rezidenti olaraq tətbiq edilən vergi güzəştləri.
- İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Biznes analitiki üzrə bazar adətən 900–1 300 ₼ ödəyir, median — 1 000 ₼.
27 açıq vakansiya, 19 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Biznes analitiki kimi öz maaşını yoxlaŞirkət haqqında
“Bakinity Distribution” MMC – 2001-ci ildə əsası qoyulmuş Azərbaycan İT inteqratorudur. 2014-cü ildən etibarən şirkət Qırğızıstan və Tacikistan bazarlarında fəaliyyətə başlamış, 2016-cı ən isə Gürcüstan bazarına daxil olmuşdur.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 86B ünvanındadır.
İş həftədə 5 gün, 09:00-dan 18:00-dək, şənbə və bazar istirahət günləridir.
İT sahəsində biznes və məhsul analitiki kimi minimum 3 il iş təcrübəsi tələb olunur.
İnformasiya texnologiyaları, biznesin idarə edilməsi, iqtisadiyyat və ya digər uyğun ixtisas üzrə ali təhsil tələb olunur.
SQL sorğuları və REST/JSON API-lərlə işləmək bacarığı tələb olunur.
Agile, Scrum, Kanban və ya digər çevik layihə idarəetmə metodologiyaları üzrə təcrübə tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBiznes analitiki üzrə Bakıda digər açıq elanlar.
Rəqəmsal transformasiya və biznes proseslərin təhlilini aparır, ən azı 3-5 il təcrübəsi var.
Biznes tələblərini funksional tələblərə çevirmək üçün layihə komandası ilə işləmək.
Biznes proseslərin texniki analizini aparır və bank məhsulları üzrə təcrübəyə malikdir.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




