Vakansiya haqqında

İşin təsviri:

  • Rəqəmsal məhsullar, rəqəmsal transformasiya və informasiya texnologiyaları layihələrinin başlanğıcından başa çatdırılmasına və formal şəkildə bağlanmasına qədər layihə idarəetmə prosesini həyata keçirmək.
  • Layihənin məqsədinin, əhatə dairəsinin, prioritetlərinin, əsas mərhələlərinin, resurs tələbatının və gözlənilən nəticələrinin müəyyənləşdirilməsini təmin etmək.
  • Biznes, məhsul, informasiya texnologiyaları, proqram təminatı, sistem arxitekturası və digər aidiyyəti struktur bölmələr arasında səmərəli əməkdaşlıq və koordinasiyanı təmin etmək.
  • Biznes, funksional və texniki tələblərin müəyyənləşdirilməsi, dəqiqləşdirilməsi, sənədləşdirilməsi və razılaşdırılması prosesini koordinasiya etmək, tələblərdə və ya layihə çərçivəsində baş verən dəyişikliklərin layihənin əhatə dairəsinə, müddətinə və nəticələrinə təsirini izləmək.
  • Layihə üzrə resurs tələbatını müəyyənləşdirmək, zəruri resursların təmin edilməsi ilə bağlı aidiyyəti rəhbərlərlə koordinasiya aparmaq və resurs məhdudiyyətlərinin layihənin icrasına təsirini izləmək.
  • Layihələrin müəyyən edilmiş müddət, əhatə dairəsi, keyfiyyət və nəticə göstəricilərinə uyğun icrasını təmin etmək, plan və faktiki göstəricilər arasındakı kənarlaşmaları müəyyənləşdirmək və onların aradan qaldırılması üzrə tədbirlər görmək.
  • Layihələrin cari vəziyyəti, əsas nəticələri, riskləri, problemləri, dəyişiklikləri və icra göstəriciləri barədə rəhbərliyə və aidiyyəti maraqlı tərəflərə mütəmadi və strukturlaşdırılmış hesabatlar təqdim etmək.
  • Təchizatçılar, podratçılar və üçüncü tərəf texnologiya tərəfdaşları ilə layihə üzrə fəaliyyətlərin, öhdəliklərin və razılaşdırılmış müddətlərin icrasını koordinasiya və monitorinq etmək.
  • Dövlət qurumları arası (G2G), dövlət-biznes (G2B) və biznes-biznes (B2B) formatında həyata keçirilən rəqəmsal layihələrdə iştirak etmək və aidiyyəti daxili və xarici tərəflər arasında koordinasiyanı təmin etmək.
  • Sistem inteqrasiyası, tətbiqi proqramlaşdırma interfeysləri (API-Application Programming Interface), məlumatların miqrasiyası, infrastruktur, informasiya təhlükəsizliyi və digər texniki fəaliyyətlərin layihə planına uyğun icrasını koordinasiya etmək.
  • Layihə üzrə əsas sənədlərin, qəbul edilmiş qərarların, risklərin, problemlərin, dəyişikliklərin və görüləcək tədbirlərin müəyyən edilmiş qaydalara uyğun qeydiyyatını aparmaq və onların aktuallığını təmin etmək.
  • Layihə idarəetmə proseslərinin davamlı təkmilləşdirilməsi və standartlaşdırılması üzrə təşəbbüslərdə iştirak etmək.

Namizədə dair tələblər və arzu olunan bilik və bacarıqlar:

  • Ali təhsil (İnformasiya texnologiyaları, Biznesin idarə olunması, Layihələrin idarə olunması və s. müvafiq sahə üzrə).
  • İT layihələrin idarə edilməsi sahəsində 5 il iş təcrübəsi.
  • PMP (Project Management Professional) sertifikatına malik olmaq üstünlük hesab olunur.
  • Agile/Scrum, Kanban və Waterfall metodologiyaları üzrə praktiki bilik və onların layihələrdə tətbiqi təcrübəsi.
  • Jira və Confluence ilə işləmək bacarığı.
  • Rəqəmsal məhsulların hazırlanması, rəqəmsal transformasiya və sistem inteqrasiyası layihələrinin idarə olunması üzrə praktiki təcrübə.
  • Proqram təminatının hazırlanması həyat dövrü və proqram təminatının hazırlanması prosesləri haqqında anlayış.
  • Risklərin müəyyənləşdirilməsi və idarə olunması, problemlərin operativ həlli bacarığı.
  • Azərbaycan, ingilis və rus dillərində yüksək səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı.
  • İşin tələblərinə uyğun olaraq ezamiyyətə getmək imkanı.

Əlavə məlumat:

  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
  • Vakansiya növü: Tam ştat
  • İş yeri: “Bakinity Distribution” MMC
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Push 30 platformasından istifadə imkanı.
  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
  • İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Ziya Bünyadov küçəsi 86B, 4-cü mərtəbə, Bakı,
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
25 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
25 oktyabr 2026
Baxış
19

Şirkət haqqında

Bakinity Distribution MMC
İnformasiya və kommunikasiya · Baku
Bakinity Distribution MMC — bütün vakansiyalar

“Bakinity Distribution” MMC – 2001-ci ildə əsası qoyulmuş Azərbaycan İT inteqratorudur. 2014-cü ildən etibarən şirkət Qırğızıstan və Tacikistan bazarlarında fəaliyyətə başlamış, 2016-cı ən isə Gürcüstan bazarına daxil olmuşdur.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

Həftədə 5 gün, 09:00-dan 18:00-dək işlənir, şənbə və bazar istirahət günləridir.

İş yeri Bakıda, Bakinity Distribution MMC-dədir.

Ali təhsil və İT layihələrin idarə olunmasında 5 il iş təcrübəsi tələb olunur.

PMP (Project Management Professional) sertifikatına malik olmaq üstünlükdür.

Jira və Confluence proqramları ilə işləmək bacarığı tələb olunur.

Agile/Scrum, Kanban və Waterfall metodologiyaları üzrə praktiki bilik tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İT layihə meneceri üzrə Bakıda digər açıq elanlar.

Bestcomp Group
Senior · 4–5 ilBakı
Maaş göstərilməyib

İT infrastrukturu və proqram təminatı layihələrini idarə etmək üçün 4-5 il təcrübəsi olan mütəxəssis.

IT Infrastructure ManagementRisk ManagementAzure DevOpsISO 27001+22
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
DO IT MMC
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

İT layihələrini idarə edir, layihə meneceri kimi ən azı 3 il təcrübəsi olmalıdır.

Project ManagementIT Project ManagementMicrosoft ProjectJira+12
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Glorium Technologies
Middle · 3+ il
Maaş göstərilməyib

Texniki layihə idarəçiliyi aparır, layihə idarəetmə metodologiyalarını və texniki bacarıqları tələb edir.

Project ManagementRisk ManagementStakeholder ManagementKanban+5
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İT layihə rəhbəri
Müraciət et