Vakansiya haqqında

İş yeri və qrafik - Bakı şəhəri, ofis; bazar ertəsi–cümə, 09:00–18:00

Əsas vəzifələr

  • Şirkətin aktiv İT layihələri portfelini vahid plan üzrə idarə etmək, layihələrin prioritetlərini rəhbərliklə razılaşdırmaq və ümumi icra vəziyyətini görünən saxlamaq;
  • Hər bir layihə üzrə məqsədləri, əhatə dairəsini, mərhələləri, müddətləri, resursları və qəbul meyarlarını müəyyənləşdirmək və aktual saxlamaq;
  • Layihələri başlanğıcdan istehsalat mühitinə buraxılış və yekun təhvilədək idarə etmək, nəticələrin razılaşdırılmış müddət və keyfiyyətdə təqdim olunmasını təmin etmək;
  • Biznes-analitik, proqramçı, sistem mühəndisi və digər iştirakçıların işini əlaqələndirmək, tapşırıqları, asılılıqları və resurs yükünü idarə etmək;
  • Müştərilərlə status görüşlərini aparmaq, qərarları və növbəti addımları protokollaşdırmaq, açıq məsələlərin vaxtında bağlanmasını təmin etmək;
  • Riskləri, problemləri və gecikmə ehtimallarını əvvəlcədən müəyyənləşdirmək, tədbirlər planı hazırlamaq və zəruri hallarda vaxtında eskalasiya etmək;
  • Dəyişiklik sorğularını idarə etmək: onların müddətlərə, prioritetlərə və resurslara təsirini qiymətləndirmək, təsdiq alınmadan layihənin əhatə dairəsinin genişlənməsinə yol verməmək;
  • Layihə sənədlərinin tamlığını təmin etmək: plan, status hesabatı, protokol, risk və dəyişiklik reyestrləri, təhvil-qəbul sənədləri və yekun hesabat;
  • Xarici vendorlarla və tərəfdaşlarla işləri əlaqələndirmək, onlardan asılı olan nəticə və müddətlərə nəzarət etmək;
  • Satışdan layihə komandasına düzgün ötürülməni təmin etmək, razılaşdırılmış əhatə dairəsini, öhdəlikləri və müddətləri komanda ilə dəqiqləşdirmək;
  • Layihə yekununda nəticələri və əldə edilmiş dərsləri təhlil etmək, təkrarlanan problemlərin aradan qaldırılması üçün təkliflər vermək.

Namizədə tələblər

  • İT məhsullarının, proqram təminatının və ya korporativ informasiya sistemlərinin tətbiqi layihələrində layihə meneceri kimi minimum 3 il təcrübə;
  • Eyni vaxtda bir neçə layihəni idarə etmək, prioritetləri və komanda resurslarını balanslaşdırmaq üzrə praktiki təcrübə;
  • Ən azı iki İT layihəsini başlanğıcdan məhsuldar istismara və müştəriyə təhvilədək idarə etmiş olmaq;
  • Layihə planlaşdırılması, müddət, əhatə dairəsi, risk, dəyişiklik və maraqlı tərəflərin idarə edilməsi üzrə möhkəm praktiki biliklər;
  • Waterfall, Agile və hibrid yanaşmaların fərqini bilmək və layihənin xüsusiyyətinə uyğun yanaşma seçmək bacarığı;
  • Microsoft Project layihə idarəetmə sistemi ilə işləmək bacarığı və təcrübə;
  • Tapşırıq idarəetmə alətlərindən ən azı biri ilə sərbəst işləmək bacarığı (Jira, Bitrix24 və ya analoji sistem);
  • MS Excel və PowerPoint proqramlarında plan, hesabat və rəhbərlik üçün qısa təqdimat hazırlamaq bacarığı;
  • Azərbaycan və rus dillərində sərbəst şifahi və yazılı ünsiyyət; ingilis dilində vendorla yazışma və sənədlərlə işləmək bacarığı arzuolunandır;
  • Müştəri ilə mürəkkəb danışıqları aparmaq, gözləntiləri idarə etmək və münaqişəli vəziyyətlərdə konstruktiv həll tapmaq bacarığı;
  • Müstəqillik, məsuliyyət, sistemli düşüncə, nəticəyə fokuslanma və problemləri gizlətmədən vaxtında eskalasiya etmək vərdişi.

Üstünlük hesab olunur

  • Elektron sənəd dövriyyəsi, ECM/BPM, ERP, bank və ya digər korporativ sistemlərin tətbiqi üzrə təcrübə;
  • İnteqrasiya, məlumat miqrasiyası, on-premise infrastrukturu, informasiya təhlükəsizliyi və elektron imza layihələri barədə ümumi anlayış;
  • PMP, PRINCE2, Scrum, Agile və ya digər layihə idarəetmə sertifikatının olması üstünlükdür, lakin məcburi tələb deyil.

Biz nə təklif edirik

  • Namizədin real təcrübə və kompetensiyalarına uyğun əmək haqqı;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Bakı şəhərinin mərkəzində ofis: Passage 1901, Nigar Rəfibəyli küçəsi 12;
  • Korporativ müştərilər üçün əhəmiyyətli İT tətbiqi və inteqrasiya layihələrinin idarə edilməsi;
  • Qərarvermədə müstəqillik, rəhbərliklə birbaşa ünsiyyət və peşəkar inkişaf imkanı;
  • Müəyyən edilmiş KPI-ların yerinə yetirilməsinin nəticələrinə əsasən əlavə bonus əldə etmək imkanı;
  • Peşəkar təlim və sertifikatlaşmada iştirak imkanı.

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən məktubun mövzu hissəsində “Layihə meneceri” və mətn hissəsində gözlənilən əmək haqqını qeyd etməyiniz xahiş olunur.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Passage 1901, Nigar Rəfibəyli kücəsi 12
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
22 oktyabr 2026
Baxış
32

Şirkət haqqında

DO IT MMC
IT Services and IT Consulting · Baku
DO IT MMC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

Bakı şəhərinin mərkəzində Passage 1901, Nigar Rəfibəyli küçəsi 12 ünvanında yerləşir.

Bazar ertəsindən cümə gününə qədər, saat 09:00-dan 18:00-dək işlənir.

İT layihələrində layihə meneceri kimi minimum 3 il təcrübə tələb olunur.

Microsoft Project, Jira, Bitrix24 və ya analoji tapşırıq idarəetmə sistemləri ilə işləmək bacarığı tələb olunur.

Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində isə arzuolunandır.

CV-ni göndərərkən məktubun mövzu hissəsində “Layihə meneceri” yazılmalı və gözlənilən əmək haqqı qeyd edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İT layihə meneceri üzrə Bakıda digər açıq elanlar.

Bestcomp Group
Senior · 4–5 ilBakı
Maaş göstərilməyib

İT infrastrukturu və proqram təminatı layihələrini idarə etmək üçün 4-5 il təcrübəsi olan mütəxəssis.

IT Infrastructure ManagementRisk ManagementAzure DevOpsISO 27001+22
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
DO IT MMC
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

İT layihələrini idarə edir, layihə planlaşdırma və resurs idarəetmə bacarığı tələb olunur.

Project ManagementPortfolio ManagementRisk ManagementChange Management+13
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İT layihələri üzrə layihə meneceri
Müraciət et