Pərakəndə bankçılıq üzrə böyük mütəxəssis

Express Bank

Vakansiya haqqında

Təsvir

  • Skorinq hesablama sistemi üzrə statistik təhlillərin aparılması;
  • Yenilənmiş şərtlərin Skorinq hesablama sisteminə sazlanması;
  • Satış və müraciət sayının artırılması məqsədi ilə məhsullar üzrə müxtəlif aksiya və kampaniyaların keçirilməsi üzrə təkliflərin verilməsi;
  • Yeni məhsulların sazlanılması və mövcud məhsulların optimizasiyası prosesində iştirak;
  • Mövcud proseslərin və əməliyyatların monitorinqi. Boşluqlar aşkarlandıqda aidiyatı strukturlara məlumatın verilməsi və texniki sifarişlərin yazılması;
  • Mövcud günlük/aylıq/illik hesabatların izlənilməsi və tələbə uyğun olaraq yeni hesabatların hazırlanması;
  • Müştəri davranışlarını izləmək/təhlil etmək və bunun əsasında yeni təkliflərin hazırlanması;
  • Pərakəndə bank məhsulları üzrə bazar araşdırmalarının aparılması, bazarda yeniliklərin daim nəzarətdə saxlanılması və bazara uyğun yeni təkliflərin hazırlanması;
  • Hazırlanan təkiflər üzrə statistik təhlillərin aparılması (proqnozlaşdırılan satış həcmi, orta çəkili satış faizi və s.);
  • Aparılan satışın proqnozlaşdırılan statistik təhlillərə (proqnozlaşdırılan satış həcmi, orta çəkili satış faizi və s.) uyğunluğunun gündəlik əsasda izlənilməsi;
  • Pərakəndə bank məhsulları üzrə reklam vasitələrinin seçilməsində və reklamların hazırlanmasında iştirak;
  • Müştərilər üzrə loyallığın qorunması üzrə işlərin həyata keçirilməsi, təkrar müştərilər üçün müxtəlif güzəştli şərtlərin hazırlanması;
  • Daxili və xarici bazarda rəqəmsal məhsulların (kredit/qeyri-kredit) izlənilməsi və rəqəmsal məhsullar üzrə yeni təkliflərin verilməsi.

Tələblər

  • Ali iqtisadi, Maliyyə və ya texniki təhsil;
  • Pərakəndə satış sektorunda ən azı 3 il təcrübə;
  • MS Office proqramlarında, xüsusilə Exceldə yüksək səviyyədə işləmə bacarığı;
  • SQL üzrə orta və ya daha yüksək səviyyədə biliklər;
  • Power BI biliklərinin olması əlavə üstünlükdür;
  • Komandada və fərdi şəkildə işləmək bacarığı;
  • Analitik və məntiqi düşünmə qabiliyyəti;
  • Detallara diqqət yetirmə bacarığı;
  • Operativ və çevik qərar qəbul etmə bacarığı.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Tibbi sığorta paketi
  • Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
  • Professional və maddi inkişaf perspektivləri
  • Peşəkar korporativ mühitdə işləmək imkanı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Ataturk 63, Narimanov
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
23 sentyabr 2026
Son tarix
23 oktyabr 2026
Baxış
19

Şirkət haqqında

Express Bank
Banking · Baku
Express Bank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Pərakəndə satış sektorunda ən azı 3 il təcrübə tələb olunur.

Vakansiya tam ştatdır, iş saatları barədə məlumat verilməyib.

MS Office, xüsusilə Excel, SQL bilikləri tələb olunur, Power BI üstünlükdür.

Ali iqtisadi, maliyyə və ya texniki təhsil tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Kateqoriya meneceri üzrə Bakıda digər açıq elanlar.

Birmarket
Senior · 3–5 ilBakı
Maaş göstərilməyib1 gün qalıb

Məhsul assortimentində boşluqları müəyyən edir və satış üçün kateqoriya strategiyasını idarə edir, 5 il təcrübə tələb olunur.

Supply Chain ManagementVendor ManagementData AnalysisReporting+8
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Pərakəndə bankçılıq üzrə böyük mütəxəssis
Müraciət et