Vakansiya haqqında

İş haqqında məlumat

Sürətlə böyüyən supermarketlər şəbəkəmizdə qeyri-qida kateqoriyalarının inkişafına töfhə verəcək təcrübəli və kommersiya yönümlü Qeyri Qida məhsulları üzrə Kateqoriya Meneceri axtarırıq. Bu rol kateqoriya strategiyası, assortiment, qiymətləndirmə, promo idarəedilməsi, təchizatçı tərəfdaşlıqları, beynəlxalq satınalma və kommersiya göstəricilərinə nəzarət etməklə yanaşı, biznesin əsas funksiyaları ilə sıx əməkdaşlığı tələb edir.

Vəzifə öhdəlikləri:

Kateqoriya İdarəedilməsi

  • Şirkətin məqsədlərinə uyğun uzunmüddətli və qısamüddətli kateqoriya strategiyalarının hazırlanması və həyata keçirilməsi.
  • Assortimentin və kateqoriya göstəricilərinin optimallaşdırılması məqsədilə satışların, bazar tendensiyalarının, müştəri davranışının və rəqib fəaliyyətinin təhlil edilməsi.
  • Məhsulun həyat dövrünün (yeni məhsulların çeşidə daxil edilməsi, qiymətləndirmə, promo və çeşiddən çıxarılması daxil olmaqla) idarə olunması.
  • Satış, gəlirlilik, müştəri məmnuniyyəti və ehtiyat dövriyyəsinin balanslaşdırılması.
  • Çeşidlənmənin, qiymətləndirilmənin, promo və merçendayzinqin optimallaşdırılması üzrə təşəbbüslərə rəhbərlik edilməsi.

Təchizatçı və İdxal İdarəedilməsi

  • Yerli və beynəlxalq təchizatçılarla məhsulların axtarışı və inkişaf etdirilməsi (İdxal komandası ilə əməkdaşlıq çərçivəsində).
  • Qiymət, ödəniş şərtləri, çatdırılma cədvəlləri, promo dəstəyi və digər kommersiya şərtləri üzrə danışıqların aparılması.
  • Əsas təchizatçı münasibətlərinin idarə olunması və fəaliyyətin xərc, keyfiyyət, xidmət və innovasiya meyarları əsasında qiymətləndirilməsi.
  • Kommersiya müqavilələrinin icrasının və razılaşdırılmış təchizatçı gəlirlərinin vaxtında yığılmasının təmin edilməsi.

Kommersiya Planlaşdırması

  • İllik büdcələrin, proqnozların, kateqoriya planlarının və promo təqviminin idarə edilməsi.
  • Kateqoriya satışları, marja, gəlir və əsas kommersiya KPI-larına cavabdehlik.
  • Effektiv icranı təmin etmək üçün Marketinq, Merçendayzinq, Əməliyyatlar, Təchizat və Maliyyə şöbələri ilə əməkdaşlıq edilməsi.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
25 sentyabr 2026
Baxış
32

Şirkət haqqında

Bravo Supermarketlər şəbəkəsi
Retail · Baku
Bravo Supermarketlər şəbəkəsi — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərində yerləşir.

Kateqoriya strategiyasının hazırlanması, satışların və bazar tendensiyalarının təhlili, təchizatçı əlaqələrinin idarə olunması və kommersiya planlaşdırmasıdır.

Marketinq, Merçendayzinq, Əməliyyatlar, Təchizat və Maliyyə şöbələri ilə əməkdaşlıq edilir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Kateqoriya meneceri üzrə Bakıda digər açıq elanlar.

Birmarket
Senior · 3–5 ilBakı
Maaş göstərilməyib1 gün qalıb

Məhsul assortimentində boşluqları müəyyən edir və satış üçün kateqoriya strategiyasını idarə edir, 5 il təcrübə tələb olunur.

Supply Chain ManagementVendor ManagementData AnalysisReporting+8
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Kateqoriya meneceri – qeyri-qida məhsulları üzrə
Müraciət et