Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
23 avqust 2026

Vakansiya haqqında

GeoProbe MMC geotexniki tədqiqat, mühəndis-geoloji araşdırmalar, geodeziya və laborator xidmətləri sahəsində fəaliyyət göstərən mühəndislik şirkətidir. Layihələrin planlaşdırılması, vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi, layihənin bütün mərhələlərində koordinasiyanın həyata keçirilməsi və müştərilərlə operativ əlaqələrin idarə olunması üçün Layihə Koordinatoru axtarırıq.

Namizədə dair tələblər:

  • Mühəndislik, Layihələrin İdarə Edilməsi, İnşaat və ya əlaqəli sahə üzrə ali təhsil (bakalavr və ya magistr);

  • Layihə planlaması, Project Controls və ya layihələrin idarə olunması sahəsində minimum 2 il peşəkar iş təcrübəsi;

  • İri həcmli mühəndislik, tikinti və ya infrastruktur layihələrinin planlaşdırılması və idarə olunması üzrə praktiki təcrübə;

  • Layihələrin vaxt qrafiklərinin hazırlanması, kritik yolun təhlili və layihə performansının monitorinqi üzrə dərin bilik;

  • Resursların, büdcənin və layihə risklərinin idarə olunması sahəsində təcrübə;

  • Primavera P6, Microsoft ProjectMS Excel proqramlarını yaxşı səviyyədə bilmək;

  • Güclü analitik düşünmə, strateji planlaşdırma və qərarvermə bacarığı;

  • Komandaya rəhbərlik etmək, müxtəlif maraqlı tərəflərlə effektiv əməkdaşlıq qurmaq və təqdimat bacarıqları;

  • Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.

Vəzifə öhdəlikləri:

  • Layihələrin icra qrafikini hazırlamaq, izləmək və yeniləmək.

  • Müştəri, podratçı, laboratoriya və sahə komandaları arasında koordinasiyanı təmin etmək.

  • Gündəlik, həftəlik və aylıq hesabatları (DPR, WPR, Progress Report və s.) hazırlamaq və təqdim etmək.

  • Tender sənədlərinin, texniki və kommersiya təkliflərinin hazırlanmasını koordinasiya etmək.

  • BOQ, iş həcmləri və layihə planlarının hazırlanmasında iştirak etmək.

  • Layihə sənədlərini, Method Statement, prosedurları və digər texniki sənədləri hazırlamaq və idarə etmək.

  • Müştəri rəylərinin izlənilməsini və cavablandırılmasını koordinasiya etmək.

  • Mobilizasiya və demobilizasiya proseslərini planlaşdırmaq və koordinasiya etmək.

  • İclasları təşkil etmək və qəbul edilmiş qərarların icrasını izləmək.

  • Layihənin icrası zamanı yaranan riskləri, gecikmələri və problemləri müəyyən etmək, rəhbərliyə məlumat vermək və həlli üzrə tədbirləri koordinasiya etmək.

  • Layihə üzrə sertifikatların, kalibrasiya sənədlərinin və digər texniki sənədlərin vaxtında təqdim olunmasını təmin etmək.

Əmək haqqı və şərtlər:

  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur;

  • Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə;

  • Peşəkar inkişaf və rəhbər vəzifələr üzrə karyera imkanları;

  • İri miqyaslı mühəndislik və infrastruktur layihələrində iştirak imkanı;

  • Müasir və yüksək peşəkar iş mühiti.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Layihə koordinatoru
Müraciət et