Tikinti layihələrinin planlaşdırılması, koordinasiyası və icrasına texniki dəstək göstərir, inşaat mühəndisliyi üzrə təhsil tələb olunur.
Vakansiya haqqında
Vəzifə Öhdəlikləri:
- Elektrik və mexaniki işlərin yerində baxışının keçirilməsi və qiymətləndirilməsi;
- Smetaların tərtib edilməsi və hazırlanması;
- Sifarişçilərdən daxil olan sorğuların qiymətləndirilməsi və tələb olunan işçi qüvvəsinin müəyyənləşdirilməsi;
- Layihə sahəsində işlərin düzgün, keyfiyyətli və təhlükəsiz şəkildə icra olunmasına nəzarət edilməsi;
- İşçilərin gündəlik fəaliyyətinin izlənilməsi və koordinasiya edilməsi;
- Layihə planına uyğun olaraq iş qrafikinin icrasının təmin edilməsi;
- Təchizat, material və avadanlıqların vaxtında çatdırılmasına və düzgün istifadəsinə nəzarət edilməsi;
- İş təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasının təmin edilməsi;
- Müştərilərlə davamlı ünsiyyətin və layihə üzrə koordinasiyanın təmin edilməsi;
- Müştəri və rəhbərlik üçün gündəlik hesabatların hazırlanması;
- Layihə sahəsində yaranan problemlərin və gecikmələrin vaxtında müəyyən edilərək həll olunması.
Tələblər:
- Müvafiq vəzifə üzrə 8–10 il iş təcrübəsi;
- Azərbaycan dili sərbəst, İngilis dili yaxşı səviyyədə, Rus dili biliyi arzuolunandır;
- Sahə üzrə müvafiq sertifikatların olması üstünlükdür;
- MS Office proqramları üzrə yaxşı bilik, AutoCAD biliyi üstünlükdür;
- Layihə idarəetməsi və komanda rəhbərliyi bacarığı;
- İş təhlükəsizliyi və əməyin mühafizəsi standartları haqqında bilik;
- Güclü ünsiyyət, koordinasiya və təşkilatçılıq bacarıqları;
- İş qrafiki: həftənin 5 günü, 08:00–17:00;
- İş yeri: Bakı-Salyan yolu.
Təklif Edirik:
- Vəzifə üzrə əmək haqqı 2000 AZN+ KPİ bonus sistemi
- Rəsmi əmək müqaviləsi
- İş şəraitinə uyğun avadanlıq və dəstək
- Peşəkar inkişaf imkanları: təlimlər, kurslar, yüksəlmə və bacarıqların artırılması üçün imkanlar.
- Əlavə iş saatları Azərbaycan qanunvericiliyinə uyğun ödənilməsi
Yalnız vakansiyaya uyğun olan və qeyd olunan vəzifə öhdəliklərinə malik namizədlər öz CV-lərini mövzuda Layihə üzrə koordinator/Sahə Nəzarətçisi qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yerləşmə
Bakı
Təcrübə
8–10 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
2 000 ₼
Yerləşdirilib
14 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
14 oktyabr 2026
Şirkət haqqında
Vertex
Apartment complex · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Dənizdə offshore tikinti və quraşdırma işlərinə mühəndislik dəstəyi verir, 3 il təcrübə tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib4 gün qalıb
Tikinti sahəsində işlərin təşkilini və keyfiyyətli icrasını təmin etmək üçün 20 ildən çox təcrübə tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Bazar araşdırmaları aparır, satış dəstəyi verir və yüksək analitik düşüncə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət



