Vakansiya haqqında

İş yeri: Bakı

  • İş rejimi: Tam iş günü (5 günlük, 09:00-18:00)

Vəzifənin təsviri

  • Layihələrin planlaşdırılması, icrasının koordinasiyası, resursların səmərəli bölüşdürülməsi və layihə nəticələrinin vaxtında izlənilməsini təmin etmək.

Əsas vəzifə öhdəlikləri

  • Layihələr üzrə iş qrafiklərinin hazırlanması, yenilənməsi və icrasının izlənilməsi;

  • Layihənin iş strukturunun və əsas iş mərhələlərinin müəyyənləşdirilməsi;

  • Layihə smetası üzrə iş həcmlərinin izlənilməsi;

  • Smeta üzrə ayrı-ayrı işlər və komponentlər üzrə faktiki tamamlanma səviyyəsinin müəyyənləşdirilməsi;

  • Planlaşdırılmış və faktiki görülmüş işlərin müqayisə edilməsi;

  • Layihələr üzrə gecikmələrin və gecikmə risklərinin vaxtında müəyyənləşdirilməsi;

  • Gecikmələrin səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlərin koordinasiya edilməsi;

  • Layihələrin başa çatdırılma tarixlərinin mütəmadi qiymətləndirilməsi və yenilənməsi;

  • İşçi qüvvəsi, material, texnika və digər resurslara olan ehtiyacın əvvəlcədən müəyyənləşdirilməsi;

  • Mövcud resursların müxtəlif layihələr arasında səmərəli bölüşdürülməsinin koordinasiya edilməsi;

  • Layihələr üzrə resurs istifadəsinin və işçi qüvvəsinin yüklənməsinin izlənilməsi;

  • Layihələr üzrə risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması;

  • Sahə mühəndisləri və layihə üzrə məsul şəxslərdən müntəzəm məlumatların toplanması və ümumiləşdirilməsi;

  • Sahədən daxil olan məlumatların dəqiqliyinin və vaxtında təqdim edilməsinin təmin edilməsi;

  • Layihələrin həftəlik və aylıq gedişat hesabatlarının hazırlanması;

  • Rəhbərlik üçün layihələrin vəziyyəti, görülmüş və qalan işlər, gecikmələr, resurs ehtiyacları və əsas problemlər barədə hesabatların hazırlanması;

  • Satınalma, maliyyə, texniki ofis və digər aidiyyəti bölmələrlə layihə ehtiyacları üzrə koordinasiyanın aparılması;

  • Layihə iclaslarının təşkili və iclaslarda müəyyən edilmiş tapşırıqların icrasının izlənilməsi;

  • Layihələrin idarə olunması və hesabatlılıq proseslərinin təkmilləşdirilməsi.

Namizədə tələblər

  • İnşaat mühəndisliyi, layihələrin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;

  • İnşaat layihələrinin idarə edilməsi və ya layihələrin planlaşdırılması üzrə minimum 3 il iş təcrübəsi (*inşaat təcrübəsi olmayan namizədlər dəyərləndirilməyəcəkdir*);

  • İnşaat layihələrinin planlaşdırılması, icrasının izlənilməsi və koordinasiyası üzrə praktiki təcrübə;

  • Smeta, iş həcmləri və layihə üzrə faktiki icra göstəriciləri ilə işləmə bacarığı;

  • Layihə qrafiklərinin hazırlanması və idarə edilməsi üzrə biliklər;

  • MS Project və ya Primavera P6 proqramlarından ən azı birində işləmə bacarığı;

  • MS Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı;

  • Layihənin iş strukturunun, əsas mərhələlərinin və kritik işlərin müəyyənləşdirilməsi üzrə bilik;

  • Resursların planlaşdırılması və bölüşdürülməsi üzrə anlayış;

  • Layihə risklərinin və gecikmələrin idarə edilməsi bacarığı;

  • Güclü analitik və sistemli düşünmə qabiliyyəti;

  • Məlumatları toplamaq, təhlil etmək və əsas nəticələri rəhbərliyə təqdim etmək bacarığı;

  • Güclü ünsiyyət və koordinasiya bacarıqları;

  • Eyni vaxtda bir neçə layihə üzrə işləmək bacarığı;

  • Yüksək məsuliyyətlilik və nəticəyönümlülük.

  • Üstünlük hesab olunur

  • İnşaat şirkətinin texniki ofisində iş təcrübəsi;

  • PMP və ya digər müvafiq peşəkar sertifikatların olması.

  • Əmək haqqı və əlavə imkanlar

  • Əmək haqqı: Namizədin bilik və iş təcrübəsinə əsasən razılaşma yolu ilə;

  • Əlavə bonus: Layihə üzrə müəyyən edilmiş KPI göstəricilərinə əsasən əlavə bonuslar nəzərdə tutulur.

Müraciət qaydası

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
11 sentyabr 2026
Son tarix
11 oktyabr 2026
Baxış
30

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Layihə meneceri üzrə bazar adətən 1 000–1 800 ₼ ödəyir, median — 1 500 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

40 açıq vakansiya, 27 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Layihə meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

BMY Caspian MMC
Construction · Baku
BMY Caspian MMC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Tam iş günü, həftədə 5 gün, 09:00-18:00 saatları arasında işləmək tələb olunur.

İnşaat layihələrinin idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.

Əmək haqqı namizədin bilik və iş təcrübəsinə əsasən razılaşma yolu ilə müəyyən edilir.

Layihə üzrə müəyyən edilmiş KPI göstəricilərinə əsasən əlavə bonuslar nəzərdə tutulur.

Namizədlər CV-lərini vakansiyanın adını qeyd etməklə elektron poçt ünvanına göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Layihə meneceri üzrə Bakıda digər açıq elanlar.

Max Print
Middle · 2–3 ilBakı
1 500₼2 gün qalıb

Tikinti layihələrini idarə edir, 2-3 il təcrübəsi və layihə idarəetmə bacarığı tələb olunur

Technical Drawing InterpretationQuality ControlRisk ManagementAutoCAD+12
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Turkesh Dekor 2010
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Layihələrin planlaşdırılması və icrasına rəhbərlik edir, minimum 3 il təcrübə tələb olunur.

Project ExecutionRisk ManagementReportingAutoCAD+12
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
İnşaat layihə meneceri
Müraciət et