Layihə portfelinin idarə olunmasını təmin edir və layihə menecmenti bacarıqlarına malikdir.
Vakansiya haqqında
- Biznes və korporativ sistemlər üzrə layihələrin məqsədini, əhatə dairəsini, vaxt qrafikini, resurs və büdcə planını hazırlamaq
- Biznes tələblərinin toplanmasını, təhlilini, prioritetləşdirilməsini və təsdiqini maraqlı tərəflərlə əlaqələndirmək
- Layihələrin vaxtında, təsdiq edilmiş əhatə dairəsi, büdcə və keyfiyyət tələbləri çərçivəsində icrasını təmin etmək
- Layihənin icrası üçün zəruri olan bütün daxili struktur vahidlər (biznes, maliyyə, hüquq, satış, İT, informasiya təhlükəsizliyi, şəbəkə və digər müvafiq bölmələr) və xarici tərəflər (təchizatçılar, auditorlar) arasında fəaliyyətin əlaqələndirilməsini təmin etmək;Həllərin texniki mümkünlüyünün, mövcud arxitekturaya uyğunluğunun, inteqrasiya və məlumat mübadiləsi tələblərinin qiymətləndirilməsini təmin etmək
- Layihə planını, mərhələləri, asılılıqları, resursları və icra göstəricilərini müvafiq alətlərdə izləmək və aktual saxlamaq
- Riskləri, problemləri və asılılıqları müəyyən etmək, cavab tədbirlərini planlaşdırmaq və zəruri hallarda eskalasiya etmək
- Əhatə dairəsi, vaxt qrafiki, büdcə və tələblər üzrə dəyişiklikləri qiymətləndirmək, razılaşdırmaq və sənədləşdirmək
- Təchizatçıların öhdəliklərini, müqavilə üzrə nəticələri, icra müddətlərini və təqdim olunan işlərin keyfiyyətini izləmək
- Test, istifadəçi qəbulu, məlumat miqrasiyası, təlim, istismara buraxılış və təhvil proseslərini əlaqələndirmək;
- Layihə sənədlərini, qərarları, protokolları, hesabatları və qəbul sənədlərini yaratmaq və aktual saxlamaq;
- Layihənin statusu, büdcəsi, riskləri, nəticələri və gözlənilən faydaları barədə rəhbərliyə və maraqlı tərəflərə hesabat vermək
- Layihələrin daxili qaydalara, informasiya təhlükəsizliyi, məlumatların qorunması və keyfiyyət tələblərinə uyğunluğunu təmin etmək, rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək
- Layihənin rəsmi bağlanışını həyata keçirmək, əldə edilən təcrübə və nəticələri sənədləşdirmək; sistemin istismara verilməsini, istifadəçilərə davamlı dəstək (support) xidmətinin təşkilini və sistemin davamlı inkişafının təmin edilməsini əlaqələndirmək.
Şirkət haqqında
Cəmiyyət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə…
Azərbaycan Dəmir Yolları — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Layihənin planlaşdırılması, icrası və resursların idarə olunması üzrə təcrübəli mütəxəssis tələb olunur.
Agentic AI proqramının idarə olunmasını və IT idarəetmə çərçivəsinin tətbiqini həyata keçirir, proqram idarəetmə təcrübəsi tələb olunur.
Rəqəmsal layihələrin planlanması, idarə olunması və komanda fəaliyyətinin təşkili bacarığı tələb olunur.



