Vakansiya haqqında

Baza Prinsiplərimiz və Partnyorluq Manifesti

Mebel, dizayn və tikinti sektorunda tez-tez rast gəlinən keyfiyyətsiz icra, gizli sövdələşmələr ("atkat"lar), əsassız gecikmələr və yalan məlumatlar müştəri etibarını ciddi şəkildə zədələyir. EZZE Azerbaijan olaraq biz bu yanaşmanı qətiyyətlə rədd edirik. Bütün layihələrimizdə şəffaflıq, dəqiq zamanlama, orijinal material istifadəsi və yüksək keyfiyyəti əsas şart kimi qəbul edirik.

Biz şirkətimizə sıradan bir işçi axtarmırıq ciddi xarakterə malik, dürüst və etibarlı BİZNES PARTNİYORU axtarırıq!

Vəzifə Öhdəlikləri:

  • Xüsusi mebel və interyer layihələrinin ideyadan təhvil-təslimat mərhələsinə qədər peşəkar idarə edilməsi
  • Müasir dizayn trendlərinə uyğun konsepsiyaların və kommersiya təkliflərinin hazırlanması, müştərilərə təqdim olunması
  • VIP müştərilər və korporativ tərəfdaşlarla yüksək səviyyəli danışıqların aparılması, effektiv ünsiyyətin qurulması
  • Layihələr üzrə vizual/video təqdimatların hazırlanması və yeni layihələrin şirkətə cəlb edilməsi

Tələblər:

  • Mebel, daxili arxitektura və ya interyer dizaynı sahəsində zəngin təcrübə
  • Müasir trendləri, materialları, mebel konstruksiyalarını mükəmməl bilmək və sahə üzrə bütün kataloqları hazırlamaq bacarığı
  • Yüksək təqdimat, video kontent hazırlama, aktiv satış və inandırıcı danışıqlar aparmaq qabiliyyəti
  • Layihə prosesinə tam nəzarət, dəqiq zaman idarəetməsi (time management) və keyfiyyətli portfolio
  • Ciddi xarakter, dürüstlük, biznes yönümlü təfəkkür və partnyorluq məsuliyyətinə sahib olmaq
  • Rus və ya ingilis dili bilikləri (üstünlükdür)

Şərtlər:

  • Əməkhaqqı: 500 AZN (Sabit) + Layihə üzrə ümumi gəlirin 30%-i (Partnyorluq payı)
  • İş qrafiki: Sərbəst / Nəticəyönümlü / Tərəfdaşlıq modeli
  • İş yeri: Nərimanov rayonu, Heydər Əliyev Mərkəzinin yanı

Portfolionuzu və CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Mövzu hissəsində "Partnyor – Layihə Meneceri" qeyd olunması mütləqdir.

Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
11 sentyabr 2026
Dillər
Russian, English
Son tarix
11 oktyabr 2026

Şirkət haqqında

EZZE Azerbaijan
İstehlak mallarının istehsalı, Emal sənayesi · Bakı
EZZE Azerbaijan — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Makromed MMC
Middle · 1+ ilBakı
Maaş göstərilməyib

Biznesin inkişafı üzrə mütəxəssis yeni tərəfdaşlar tapır və danışıqlar aparır, ən azı 1 il təcrübə tələb olunur.

Business DevelopmentPartner Relationship ManagementNegotiationProject Management+9
Müraciət etAsan müraciətAsan müraciət
Bestcomp Group
Senior · 4–5 ilBakı
Maaş göstərilməyib

İT infrastrukturu və proqram təminatı layihələrini idarə etmək üçün 4-5 il təcrübəsi olan mütəxəssis.

IT Infrastructure ManagementRisk ManagementAzure DevOpsISO 27001+21
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Layihə meneceri
Müraciət et