Vakansiya haqqında

Funksiya: Biznes İnkiaşf Direktorluğu/ Tikinti,Təmir və Energetika Şöbəsi

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 08:00-17:00/08:30-17:30/09:00-18:00
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Ümumi məlumat:

  • Şirkətin mövcud və yeni tikinti, təmir və yenidənqurma layihələrinin planlaşdırılması, təşkili və icrasının idarə edilməsi, layihələrin müəyyən edilmiş büdcə, vaxt qrafiki, keyfiyyət standartları və texniki tələblər çərçivəsində tamamlanmasının təmin edilməsi.

Vəzifə funksiyaları:

  • Tikinti, təmir və yenidənqurma layihələrinin ilkin planlaşdırılmasından təhvil-təslim mərhələsinədək bütün prosesini idarə etmək;
  • Layihələr üzrə iş planını, icra qrafikini və əsas mərhələləri hazırlamaq, icrasına nəzarət etmək;
  • Layihə üzrə texniki sənədləri, layihə-smeta sənədlərini, iş həcmlərini və texniki tələbləri nəzərdən keçirmək;
  • Tikinti işlərinin təsdiq edilmiş layihəyə, texniki şərtlərə və müəyyən edilmiş keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək;
  • Podratçı və subpodratçı şirkətlərin fəaliyyətini koordinasiya etmək, görülən işlərin həcmini və keyfiyyətini yoxlamaq;
  • Layihə üzrə büdcənin icrasını izləmək, xərclərə nəzarət etmək və mümkün kənarlaşmaları vaxtında müəyyənləşdirmək;
  • Tikinti materialları, avadanlıq və digər resurslara olan ehtiyacların vaxtında müəyyən edilməsini və təminat prosesinin koordinasiyasını həyata keçirmək;
  • Layihə ərazisində mütəmadi baxışlar keçirmək, işlərin faktiki vəziyyətini və icra qrafikinə uyğunluğunu yoxlamaq;
  • Layihə çərçivəsində yaranan texniki və təşkilati problemləri müəyyən etmək və operativ həllini təmin etmək;
  • Memar, mühəndis, texniki nəzarətçi, podratçı və digər aidiyyəti tərəflər arasında effektiv koordinasiyanı təmin etmək;
  • Görülmüş işlərin aktlaşdırılması və təhvil-təslim proseslərində iştirak etmək;
  • Layihənin gedişatı, büdcəsi, riskləri və icra vəziyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Tikinti sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Layihələrin müəyyən edilmiş müddət, büdcə və keyfiyyət tələbləri çərçivəsində tamamlanmasını təmin etmək.

Vəzifə tələbləri:

  • Ali təhsil (İnşaat mühəndisliyi, Mülki tikinti, Memarlıq və ya əlaqəli sahə üzrə);
  • Tikinti və ya layihələrin idarə edilməsi sahəsində minimum 3–5 il iş təcrübəsi;
  • Tikinti layihələrinin planlaşdırılması və icrasının idarə edilməsi üzrə praktiki təcrübə;
  • Layihə-smeta sənədləri, texniki çertyojlar və iş həcmləri ilə işləmək bacarığı;
  • Tikinti prosesləri, materialları və texnologiyaları haqqında yaxşı biliklər;
  • Podratçı və subpodratçılarla iş və onların fəaliyyətinin koordinasiyası üzrə təcrübə;
  • Layihə büdcəsinin və icra qrafikinin idarə edilməsi bacarığı;
  • AutoCAD proqramında texniki çertyojları oxuma və işləmə bacarığı;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • MS Project və ya digər layihə idarəetmə proqramları ilə işləmək bacarığı üstünlükdür;
  • Azərbaycan dilində sərbəst, rus və/və ya ingilis dilində işgüzar səviyyədə ünsiyyət bacarığı üstünlükdür;
  • Güclü planlaşdırma, təşkilatçılıq və koordinasiya bacarıqları;
  • Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarığı;
  • Məsuliyyətlilik, nəticəyönümlülük və detallara diqqət;
  • Tikinti sahələrinə mütəmadi səfər etməyə hazır olmaq.

Təminatlar:

  • Nəqliyyat xidməti;
  • Nahar ödənişi.

Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu bölməsində Tikinti sahəsi üzrə Layihə Meneceri qeyd etməkl Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya Veysəloğlu Karyera saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
21 oktyabr 2026
Baxış
13

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Layihə meneceri üzrə bazar adətən 800–1 500 ₼ ödəyir, median — 1 500 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

33 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Layihə meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhəridir.

Həftənin 5 günü, saat 08:00-17:00/08:30-17:30/09:00-18:00 işləmək tələb olunur.

Əmək haqqı müsahibə əsasında təyin olunur.

Ali təhsil və tikinti sahəsində 3-5 il iş təcrübəsi tələb olunur.

AutoCAD, MS Office və üstünlük olaraq MS Project proqramlarını bilməlidir.

Planlaşdırma, təşkilatçılıq, koordinasiya, analitik düşünmə və problem həll etmə bacarıqları tələb olunur.

CV-lər mövzu bölməsində Tikinti sahəsi üzrə Layihə Meneceri qeyd edilərək elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Layihə meneceri üzrə Bakıda digər açıq elanlar.

Max Print
Middle · 2–3 ilBakı
1 500₼

Tikinti layihələrini idarə edir, 2-3 il təcrübəsi və layihə idarəetmə bacarığı tələb olunur

Technical Drawing InterpretationQuality ControlRisk ManagementAutoCAD+12
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Aqualink Azerbaijan LLC
Middle · 5+ ilBakı
Maaş göstərilməyib

Layihənin icra planını hazırlayır və vaxtın idarə edilməsində ən az 5 il təcrübəsi var.

Resource PlanningRisk ManagementData AnalysisReporting+11
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Turkesh Dekor 2010
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Layihələrin planlaşdırılması və icrasına rəhbərlik edir, minimum 3 il təcrübə tələb olunur.

Project ExecutionRisk ManagementReportingAutoCAD+12
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Layihə meneceri
Müraciət et