Vakansiya haqqında

LAYİHƏ RƏHBƏRİ

Layihə rəhbəri tikinti layihələrinin, xüsusilə fit-out və bina tikintisi işlərinin başlanğıcdan təhvil-təslim mərhələsinədək planlaşdırılmasına, təşkilinə və idarə olunmasına rəhbərlik edəcək. Vəzifənin əsas məqsədi layihələrin təsdiq edilmiş qrafik, büdcə, keyfiyyət və sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM) tələblərinə uyğun, təhlükəsiz və səmərəli icrasını təmin etməkdir.

Əsas vəzifə öhdəlikləri

  • Layihənin tam həyat dövrünü - mobilizasiya, planlaşdırma, icra, monitorinq və təhvil-təslim mərhələlərini - idarə etmək;
  • Təsdiq edilmiş layihə sənədləri, müqavilə şərtləri, iş qrafiki, büdcə və texniki tələblər əsasında tikinti işlərinin təşkilini və koordinasiyasını təmin etmək;
  • Fit-out, bina və digər tikinti işləri üzrə mərhələli iş planlarını, icra qrafikini, əsas nəzarət nöqtələrini və resurs planını hazırlamaq və icrasına nəzarət etmək;
  • Sahə rəisləri, iş icraçıları, mühəndislər, ustalar və digər işçi heyətinin fəaliyyətini koordinasiya etmək, tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin etmək;
  • Sifarişçi, layihəçi, məsləhətçi, subpodratçı, təchizatçı və dövlət qurumları ilə peşəkar işgüzar əlaqələri idarə etmək və şirkəti layihə üzrə təmsil etmək;
  • İşçi çertyojları, texniki spesifikasiyalar, BOQ/smeta və digər layihə-smeta sənədlərini təhlil etmək, uyğunsuzluqları vaxtında müəyyənləşdirmək və həllini koordinasiya etmək;
  • Material, avadanlıq, işçi qüvvəsi və digər resurslara olan tələbatı planlaşdırmaq, təminat və logistika prosesləri ilə koordinasiyanı təmin etmək;
  • Yerinə yetirilmiş işlərin həcmlərini, Forma-2 sənədlərini, aktları və digər texniki sənədləri yoxlamaq və təsdiq üçün təqdim olunmasını təmin etmək;
  • Layihənin büdcəsi, faktiki xərcləri, iş həcmləri və resurs istifadəsi üzrə monitorinq aparmaq, kənarlaşmaları rəhbərliyə bildirmək və düzəldici tədbirlər təklif etmək;
  • İşlərin layihə tələblərinə, tikinti normalarına, keyfiyyət standartlarına və təsdiq olunmuş iş metodologiyasına uyğun icrasına nəzarət etmək;
  • Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi, eləcə də ətraf mühit tələblərinə riayət olunmasını təmin etmək; layihə risklərini müəyyənləşdirmək və qarşısının alınması tədbirlərini təşkil etmək;
  • Layihədə baş verən dəyişiklikləri, gecikmələri, texniki uyğunsuzluqları və digər problemləri qiymətləndirmək, həll və bərpa planları hazırlamaq və icranı izləmək;
  • Gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq; layihənin cari vəziyyəti, irəliləyişi, riskləri, resursları və qərar tələb edən məsələlər barədə rəhbərliyi məlumatlandırmaq;
  • Layihənin təhvil-təslim prosesini, çatışmazlıqların aradan qaldırılmasını və yekun texniki sənədləşməni koordinasiya etmək.

Namizədə tələblər

  • İnşaat mühəndisliyi, sənaye və mülki tikinti ixtisası üzrə ali təhsil;
  • Tikinti sahəsində minimum 10 il, layihə rəhbəri və ya analoji rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi;
  • Bina tikintisi və fit-out layihələrinin tam dövrünün idarə edilməsi üzrə real və təsdiqlənə bilən təcrübə;
  • Tikinti layihələrinin büdcəsi, iş qrafiki, resurs planlaması, risklərin idarə edilməsi və təhvil-təslim prosesləri üzrə güclü praktiki bilik;
  • Forma-2, smeta/BOQ, icra aktları, texniki hesabatlar, çertyojlar və texniki spesifikasiyalarla işləmək bacarığı;
  • Subpodratçıların, sahə komandalarının və müxtəlif maraqlı tərəflərin koordinasiyası üzrə təcrübə;
  • Tikinti normaları, texniki təhlükəsizlik və SƏTƏM tələbləri barədə bilik;
  • MS Office, xüsusilə Excel, və AutoCAD proqramlarında inamlı işləmək; MS Project və ya Primavera P6 biliyi üstünlükdür;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; rus və ingilis dili bilikləri üstünlükdür;
  • Güclü liderlik, qərarvermə, danışıqlar aparma, problem həll etmə, planlaşdırma və komanda idarəetmə bacarıqları;
  • Yüksək məsuliyyət, punktuallıq, intizam, stressə davamlılıq və nəticəyönümlülük;
  • Ezamiyyətlərə və sahə şəraitində işləməyə hazır olmaq.

İş şəraiti

  • İş rejimi: 6 günlük;
  • İş yeri: Bakı şəhəri;
  • Layihənin tələblərindən asılı olaraq sahə və ezamiyyət işi;
  • Nahar təminatı;
  • Korporativ mobil nömrə ilə təmin olunma;
  • Əmək haqqı: namizədin təcrübə və peşəkar kompetensiyalarına uyğun olaraq müsahibə zamanı müəyyən edilir.

Müraciət qaydası

Tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. E-poçtun mövzu hissəsində “Layihə rəhbəri” vəzifəsinin adının qeyd edilməsi xahiş olunur. Müraciət yalnız Azərbaycan dilində hazırlanmış CV ilə qəbul edilir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
10+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
HRX ilə müraciət
1
Baxış
22

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Layihə meneceri üzrə bazar adətən 800–1 500 ₼ ödəyir, median — 1 500 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

33 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Layihə meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

GM Construction
Tikinti, Bina tikintisi · Bakı
GM Construction — bütün vakansiyalar

2016-cı ildən etibarən fəaliyyət göstərən “GM Construction” qısa zaman kəsiyində ölkəmizin tikinti sektorunun əhəmiyyətli iştirakçılarından birinə çevrilməyi bacarmışdır.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş rejimi həftədə 6 gündür.

İş yeri Bakı şəhəridir.

Əmək haqqı namizədin təcrübə və peşəkar kompetensiyalarına uyğun müsahibə zamanı müəyyən edilir.

Namizəd yalnız Azərbaycan dilində hazırlanmış CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

E-poçtun mövzu hissəsində “Layihə rəhbəri” vəzifəsinin adı qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Layihə meneceri üzrə Bakıda digər açıq elanlar.

Aqualink Azerbaijan LLC
Middle · 5+ ilBakı
Maaş göstərilməyib

Layihənin icra planını hazırlayır və vaxtın idarə edilməsində ən az 5 il təcrübəsi var.

Resource PlanningRisk ManagementData AnalysisReporting+11
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Turkesh Dekor 2010
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Layihələrin planlaşdırılması və icrasına rəhbərlik edir, minimum 3 il təcrübə tələb olunur.

Project ExecutionRisk ManagementReportingAutoCAD+12
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Layihə rəhbəri
Müraciət et