Budget ManagementContractor CoordinationAutoCAD
Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
14 avqust 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
“Sea Breeze Construction” MMC Layihə rəhbəri vakansiyasını elan edir:
Əsas vəzifə öhdəlikləri:
- Layihələr üzrə son tarixləri müəyyən etmək, vəzifə bölgüsünü düzgün aparmaq və komandanın fəaliyyətinə nəzarət etmək;
- İnkişaf və layihə gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;
- Müvafiq yoxlama üsullarından istifadə edərək, layihənin əhatə dairəsi, icra olunma müddəti və layihə xərclərindəki dəyişikliklərin idarə olunması;
- Podratçı və subpodratçıların fəaliyyətini koordinasiya etmək
- Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
- Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
- Tikinti layihələrinin bütün mərhələlərində (planlaşdırma, icra və yekun) rəhbərlik edərək işlərin vaxtında və keyfiyyətlə tamamlanmasını təmin etmək;
- Gündəlik tikinti prosesini idarə etmək, mühəndis və texniki heyət arasında koordinasiyanı təmin etmək;
- Layihə üçün tələb olunan icazə və sənədlərin hazırlanmasına nəzarət etmək və müvafiq qurumlarla əlaqələri təşkil etmək;
- İş qrafikini və resurs planlamasını hazırlamaq, material, texnika və işçi qüvvəsinin vaxtında təmin olunmasını təşkil etmək;
- Təchizat prosesinə nəzarət etmək, material və avadanlıqların layihə tələblərinə uyğun istifadəsini təmin etmək;
- Layihə üzrə hesabatların (Forma-2 və s.) hazırlanmasına və düzgünlüyünə nəzarət etmək;
- İşçilərin fəaliyyətini təşkil etmək, əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarət etmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- 5 ildən artıq iş təcrübəsi;
- Kompyuter bilikləri - MS Office, AutoCad;
- Komandanı idarə etmək bacarığı;
- Yüksək təşkilatçılıq və liderlik;
- Təşəbbüskarlılıq və tələbkarlılıq;
- Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;
- Podrat müqavilələrinin icra qaydalarını, istehsalatın, əməyin və idarəetmənin təşkilini bilmək;
- Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli;
- Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilmək;
- Layihələri oxumağı və təhlil etməyi bilməli;
- Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək;
- Sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilmək.
İş şəraiti
- İş qrafiki: I–VI günlər
- Əmək haqqı: Namizədin təcrübə və gözləntilərinə uyğun olaraq müəyyən ediləcək.
Şirkət haqqında
Sea Breeze Construction
Baku
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Construction ManagementQuality ControlRisk Management
Project ManagementQuality ControlTechnical Documentation
AutoCADMicrosoft ProjectConstruction Management
