Strateji inkişaf və layihələr üzrə məsləhətçi (layihə meneceri)

"Rəqəmsal Tibbi Həllər" MMC

Vakansiya haqqında

  • Layihənin məqsədini, əhatə dairəsini, nəticələrini və uğur meyarlarını maraqlı tərəflərlə dəqiqləşdirmək.
  • Layihə planını, mərhələləri, vaxt qrafikini, resurs ehtiyacını və məsuliyyət bölgüsünü hazırlamaq və izləmək.
  • Biznes tələblərinin toplanmasını, prioritetləşdirilməsini və texniki komandaya düzgün ötürülməsini koordinasiya etmək.
  • Biznes, analitika, proqramlaşdırma, infrastruktur, informasiya təhlükəsizliyi və təchizatçı komandaları arasında əlaqələndirməni təmin etmək.
  • Risk, problem, asılılıq və dəyişiklik sorğularını qeydiyyata almaq, təsirini qiymətləndirmək və eskalasiya etmək.
  • Layihənin scope, vaxt, keyfiyyət və resurs göstəricilərinə nəzarət etmək, kənarlaşmalar üzrə düzəldici tədbirlər planlaşdırmaq.
  • UAT, pilot, istehsalat mühitinə buraxılış və təhvil-təslim mərhələlərində biznes tərəfin koordinasiyasını təmin etmək.
  • Status hesabatları, iclas protokolları, qərar jurnalı və digər layihə sənədlərini hazırlamaq və aktual saxlamaq.
  • Layihə nəticələrinin qəbul meyarlarına uyğunluğunu və layihə bağlanışı üzrə zəruri sənədləşməni təmin etmək.
  • Layihə üzrə bütün zəruri proses və texniki sənədlərin hazırlanması
  • BPMN, UML kimi modelləşdirmə dilləri haqqında biliklər;
  • SDLC üzrə işləmə bacarığı
  • API, sistem inteqrasiyası və verilənlər bazası üzrə texniki anlayış.
  • Analitik düşüncə, nəticəyönümlülük, güclü ünsiyyət, stakeholder management, prioritetləşdirmə və komanda işi

Xüsusi tələblər

  • IT layihələrinin idarə olunması və ya biznes analitikası sahəsində 2-3 il iş təcrübəsi.
  • IT Layihə meneceri və ya biznes analitik kimi productionda minimum 2 layihənin olması.
  • Biznes tələblərinin toplanması, strukturlaşdırılması və texniki həllə çevrilməsinin koordinasiyası üzrə praktiki təcrübə.
  • Veb və ya mobil tətbiqlərin hazırlanması, sistem inteqrasiyaları və API əsaslı məlumat mübadiləsi üzrə layihə təcrübəsi.
  • Agile/Scrum və Waterfall yanaşmalarının tətbiqi üzrə bilik və real iş təcrübəsi.
  • Səhiyyə və dövlət sektoru layihələrində təcrübə üstünlükdür.

Dil bilikləri:

  • Azərbaycan dili - səlis
  • İngilis dili - B1

Kompüter və program bilikləri:

  • Jira, Confluence və oxşar alətlər; layihə planı, roadmap, change request, status hesabatı və qəbul meyarlarının hazırlanması.
  • MS Excel və PowerPoint vasitəsilə təhlil, hesabat və rəhbərlik üçün təqdimat hazırlamaq bacarığı.
Müraciət etmək üçün: [email protected]
Yerləşmə
Bakı
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
25 avqust 2026
Dillər
Azerbaijani, English

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

PASHA Sığorta
Middle · 3–4 ilBakı
Maaş göstərilməyib

Agile Coach kimi komandaları Agile metodologiyalarını tətbiq etməyə istiqamətləndirir və təkmilləşdirir.

ScrumKanbanSAFeJira+17
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Strateji inkişaf və layihələr üzrə məsləhətçi (layihə meneceri)
Müraciət et