Biznes innovasiyaları klasterinin Hesab və ödəniş xidmətləri qrupunun Məhsul Analitiki

PASHA Bank

Yerləşmə
Azərbaycan
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
21 avqust 2026

Vakansiya haqqında

Təsvir

  • Bazar Araşdırması: Bazarı, trendləri, rəqabəti və hədəf kütlənin ehtiyaclarını öyrənmək üçün hərtərəfli bazar araşdırılmasının aparılması. Araşdırmadan əldə edilən məlumatları “anlayışlara” (insights) çevirmək və yeni imkanlarını təyin etmək və məhsulun inkişaf strategiyalarına töhfə vermək üçün istifadə etmək;
  • Məlumatların Toplanması və Təhlili: İstifadəçi davranışını və məhsuldan istifadə yollarını hərtərəfli başa düşmək üçün fərqli mənbələrdən məlumatları toplamaq və təhlil təhlil etmək. Sorğulardan, istifadəçi testlərindən və digər mənbələrdən müştəri rəylərini toplamaq və təhlil etmək;
  • Məhsul Performansının İzlənməsi: Məhsulun əsas və ikinci dərəcəli performans göstəricilərini izləmək. Performans göstəricilərindən fərqli “pattern”ləri və trendləri ortaya çıxarmaq;
  • Məhsulun Performans Qiymətləndirilməsi: Mütəmadi olaraq məhsulun performansını əvvəlcədən müəyyən edilmiş hədəflər və göstəricilər əsasında qiymətləndirmək. Göstəriciləri araşdırmaq, potensial təkmilləşmə sahələrini müəyyənləşdirmək və təhlil əsasında Məhsul Sahibinə optimallaşdırma strategiyaları təklif etmək;
  • Hesabat və Təqdimat: Məlumatların təhlili və məhsul qiymətləndirmələrinin nəticələrini ümumiləşdirən ətraflı hesabatlar hazırlamaq (məlumatları asan başa düşülən formatda təqdim etmək üçün qrafiklər, diaqramlar və digər vəsaitlərdən istifadə etməklə). Nəticələri məhsul komandasına və yüksək rəhbərliyə təqdim etmək;
  • İstifadəçi Rəyinin İdarə Edilməsi: Fərqli sorğulardan, dəstək komandalarına gələn müraciətlərindən, istifadəçi testlərindən və s. kanallardan daxil olan rəyləri toplamaq və təhlil etmək. Məhsulun təkmilləşməsi və istifadə təcrübəsinin yaxşılaşdırılması üçün rəyləri təhlil nəticəsini icra edilə bilən təkliflərə çevirmək.

Tələblər

  • Statistika, Kompyuter elmləri, Biznes, Marketinq və ya digər əlaqəli ixtisasda bakalavr təhsili;
  • Məhsul analitiki və ya oxşar sahədə iş təcrübəsi;
  • Güclü analitik düşüncə tərzi. Fərqli analitik alətlərdən istifadə təcrübəsi (SQL, Tableau, Grafana, Excel və s);
  • Bazar araşdırması və məlumatların toplanması metodologiyaları barədə təcrübə;
  • Statistik təhlil və məlumatların vizuallaşdırılması texnikaları haqqında praktiki təcrübə;
  • Əla ünsiyyət bacarığı. Mürəkkəb məlumatları, statistik göstəriciləri yazılı, təqdimat və ya şifahi şəkildə komandaya və ya rəhbərliyə təqdim edə bilmə bacarığı;
  • Detallara diqqət və güclü təşkilatçılıq bacarığı;
  • Fərqli funksiyalardan olan komandalarla işləmək və əməkdaşlıq etmək bacarığı;
  • Məhsul sahibliyi və məhsul yaradılması prosesi ilə yaxından tanışlıq;
  • Agile metodologiyaları ilə tanışlıq və ya agile mühitdə işləmə təcrübəsi.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Şirkət haqqında

PASHA Bank
Banking · Baku

PASHA Bank is one of Azerbaijan's leading corporate banks. Established in 2007, we offer all major financial services, including investment banking, trade financing and asset management to a range of clients, from large corporates to small and medium enterprises. The Bank particularly works closely with companies operating in the non-oil sectors of the economy, including agriculture, transportation, construction and retail, which are vital for helping Azerbaijan to diversify its economy. PASHA Bank is the largest private bank in Azerbaijan by total equity, and one of the top 3 private banks by assets. As of 30 June, 2019, the Bank's assets exceeded AZN* 4,483 million, while its total capital amounted to AZN 435 million. PASHA Bank is headquartered in Baku and has a total of 6 business centres, 3 branches and 2 FX offices across Azerbaijan. In 2013, we opened our first office in Georgia and office in Turkey in 2014. Our long-term regional vision envisages creating interconnected banking operations that will facilitate rapidly growing trade and deal flow between Baku, Tbilisi and Istanbul, the three most vibrant markets of the region.

PASHA Bank — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Biznes innovasiyaları klasterinin Hesab və ödəniş xidmətləri qrupunun Məhsul Analitiki
Müraciət et