Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Rəqib banklar, maliyyə qurumları və bazar konyunkturu üzrə məlumatların toplanması, emalı və data əsaslı təhlilinin aparılması; bazar ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq məhsul/təkliflərin hazırlanması;
- Yeni kredit məhsulları və mövcud məhsullara dəyişikliklərlə bağlı təkliflərin hazırlanması zamanı statistik məlumatların təhlili, trendlərin qiymətləndirilməsi və nəticələrin əsaslandırılmış formada təqdim edilməsi;
- Pərakəndə kredit məhsullarına dair bütün tələb olunan hesabatların hazırlanması üçün məlumatların toplanması, emalı, sistemləşdirilməsi və nəticələrin analitik şəkildə təqdim olunması;
- Yeni və rəqəmsal kredit məhsullarının hazırlanması prosesində data təhlilindən istifadə edərək təkmilləşdirmə sahələrinin müəyyən edilməsi; texniki tapşırıqların yazılması və tətbiq prosesində məlumatların düzgün inteqrasiyasına nəzarət və s.
Yumşaq bacarıqlar
- Təşəbbüskarlıq
- Məsuliyyət
- Nəticəyə yönümlülük
- Digər şərtlər
- Ali təhsil - İqtisadi-idarəetmə sahəsində.
- Minimum 0–1 il uyğun iş təcrübəsi
Dil biliyi
- Azərbaycan - Yüksək
Kompüter biliyi
- MS Office - orta
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
- Komanda quruculuq tədbirlərində iştirak imkanı;
- İdman zallarında endirim imkanları;
- Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
- Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Minimum 0-1 il uyğun iş təcrübəsi tələb olunur.
İş saatları və günləri barədə məlumat verilməyib.
Ali təhsil iqtisadi idarəetmə sahəsində olmalıdır.
MS Office proqramında orta səviyyədə bilik tələb olunur.
Azərbaycan dilini yüksək səviyyədə bilməlidir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMəhsul analitiki üzrə Bakıda digər açıq elanlar.
Müştəri təcrübəsini analiz edir, məlumatları təhlil edib biznes üçün tövsiyələr verir.
Məhsulun optimallaşdırılması və müştəri təcrübələrinin analizi üzrə iş görür, analitik bacarıq tələb olunur.




