Data AnalysisMicrosoft ExcelMicrosoft PowerPoint
Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 iyun 2026
Dillər
Azerbaijani, Russian, English
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Təsvir
- Məhsulun İnkişafı və Bazar Analizi: İstehlak krediti məhsulları üzrə şərtlərin hazırlanması və bazarın mütəmadi araşdırılması vasitəsilə rəqabətədavamlı təkliflərin formalaşdırılması;
- Portfel Monitorinqi: Kredit portfelinin gündəlik, aylıq, rüblük və illik dinamikasının, artım tempinin və keyfiyyət göstəricilərinin (KPI) təhlili;
- Risklərin İdarə Edilməsi: PAR və NPL göstəricilərinin analizi, potensial risklərin öncədən müəyyən edilməsi və qarşısının alınması üçün tədbirlər planının hazırlanması;
- Strateji Hesabatlılıq: Satış və performans göstəricilərinə dair müxtəlif data mənbələrindən məlumatların toplanması, strukturlaşdırılması və rəhbərliyə operativ analitik dəstəyin təmin edilməsi;
- Kommunikasiya və Sahə Monitorinqi: Problemli kreditlərin idarə edilməsi istiqamətində filiallar və müvafiq departamentlərlə sıx kommunikasiyanın qurulması, regionlara səfərlər vasitəsilə yerində monitorinqlərin keçirilməsi;
- Planlama: Satış planlarının bölünməsi, icrasına nəzarət və restruktrizasiya potensialı olan işlərin təhlili;
- Vizual Təqdimat: Data analiz nəticələrinin Excel və PowerPoint vasitəsilə peşəkar və anlaşılan vizual formalara gətirilməsi.
Tələblər
- Təhsil: İqtisadiyyat, Maliyyə və ya Biznesin idarə olunması sahəsində ali təhsil;
- Təcrübə: Bank sektorunda (xüsusilə pərakəndə kreditlərin analizi və monitorinqi sahəsində) minimum 1 il iş təcrübəsi;
- Texniki Biliklər: * Microsoft Excel: Yüksək səviyyədə bilik (MOS: Excel Associate/Expert sertifikatı mütləqdir);
- Təqdimat bacarığı: PowerPoint-də vizual olaraq mükəmməl təqdimatlar hazırlama qabiliyyəti;
- SQL: Data ilə işləmək üçün SQL proqramlaşdırma dili bilikləri;
- Vizuallaşdırma: Power BI və ya digər vizuallaşdırma alətləri ilə işləmək bacarığı arzuolunandır.
- Qanunvericilik: Bank haqqında qanun və "Aktivlərin təsnifləşdirilməsi" qaydaları üzrə məlumatlılıq;
- Dil Bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dilləri (yaxşı);
- Yumşaq Bacarıqlar (Soft Skills): * Analitik düşünmə və detallara qarşı həddindən artıq diqqətlilik;
- Təşəbbüskarlıq, yenilikçi yanaşma və davamlı inkişafa həvəs;
- Effektiv kommunikasiya və komandada işləmə bacarığı.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Şirkət haqqında
Bank Respublika ASC
Baku
Bank Respublika 22 may 1992-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyətə başlayıb və bu illər ərzində Azərbaycanın mühüm banklarından birinə çevirilib. Hazırda 1600-nəfərdən çox işçi heyəti olan Bankın 12 şəhər, 21 region filialı, 3 şöbə və 7/24 ofisi fəaliyyət göstərir.
Bank Respublika ASC — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Financial ModelingBudgetingFinancial Analysis
Product DevelopmentFinancial AnalysisMarket Research
Data AnalysisFinancial ModelingMarket Research



