Məhsul portfelini idarə edir və marketinq üzrə təcrübəsi olan məhsul meneceri axtarılır.
Vakansiya haqqında
Əsas vəzifələr:
- Marketinq planının hazırlanması və həyata keçirilməsi
- Məhsul haqqında maarifləndirici və promosiya materiallarının hazırlanması
- Tibbi nümayəndələrin tədris və təlimi
- Tibbi nümayəndələrlə ikili çalışma
- Təqdimatların və dəyirmi masaların təşkil olunması və keçirilməsi
- Məhsulun bazar araşdırılması
- Məhsulun tanıdılması üçün layihələrin hazırlanması
- İş saatlarında sürücüylə təmin edilir
- Regionlara ezamiyyət
- Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
- İstehlakçıların tələblərinə uyğun olaraq daim lazımı məhsul kateqoriyaları ilə şirkətin təmin edilməsi;
- Tabeçiliyində olan məhsul kateqoriyalarının qısamüddətli və uzunmüddətli inkişaf strateqiyalarının hazırlanması və həyata keçirilməsi;
- Təchizatçılar ilə uzunmüddətli əlaqələrin qurulması;
- Müvafiq sifarişlərin verilməsi və məhsul-kateqoriya ehtiyatının (stok) planlanmasının idarə edilməsi;
- Marketinq komandası ilə əməkdaşlığın edilməsi;
- Rəqiblərin fəaliyyətlərinin daim araşdırılması və bu araşdırmaların nəticəsi olaraq yeni rəqabətqabiliyyətli strateqiyaların hazırlanması və tətbiq edilməsi;
- Məhsul kateqoriyaların genişləndirməyin yeni yollarının tapılması;
- Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozlarının və xüsusi hesabat və təhlillərin hazırlanması;
- Büdcənin idarə edilməsi və izlənməsi.
Tələblər:
- Ali təhsil(Tibb Universiteti)
- Müvafiq sahə üzrə iş təcrübəsi: 2 ildən çox;
- Səlis Azərbaycan, Rus, İngilis dilləri biliyi;
- Kateqoriyaların idarə edilməsi sahəsində təcrübə;
- Marketinq və satış əməliyyatları və prosesləri haqqında dərin biliklər;
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı;
- Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- CİPS sertifikatları arzuolunandır.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Kazım Kazımzadə küçəsi 92
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00-18:00;
- Əmək haqqı: Namizədin təcrübəsinə uyğun olaraq müəyyən edilir.
Şəkilli CV formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Product Manager” mövzu başlığı ilə göndərməyiniz xahiş olunur.
Uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Məhsul meneceri üzrə bazar adətən 900–2 000 ₼ ödəyir, median — 1 300 ₼.
16 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Məhsul meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Kazım Kazımzadə küçəsi 92 ünvanındadır.
İş qrafiki 5 günlük, iş saatı 09:00-dan 18:00-dəkdir.
Əmək haqqı namizədin təcrübəsinə uyğun olaraq müəyyən edilir.
Şəkilli CV formasını “Product Manager” mövzu başlığı ilə göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMüvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMəhsul meneceri üzrə Bakıda digər açıq elanlar.
Özəl mebel kateqoriyasını idarə edir və satış təhlili bacarığı tələb olunur.
Kart məhsullarının idarə olunması və müştəri aktivliyinin artırılması üçün kampaniyalar aparır, Excel və Power BI bilikləri tələb olunur.
Mobil tətbiq və veb məhsulun idarəsini aparır, marketinq və məhsul idarəetməsində 5 il təcrübəsi var.





