İdxal satınalma üzrə bazar araşdırması aparır və qiymətləri təhlil edir, 3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Təsvir
- Şirkətin özəl mebel kateqoriyasının effektiv idarə olunmasının təmin edilməsi, kateqoriyanın inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Yerli və xarici istehsalçılarla əməkdaşlıqların qurulması, yeni məhsulların seçilməsi və inkişaf etdirilməsi prosesinin idarə edilməsi;
- Assortimentin formalaşdırılması, qiymət strategiyasının hazırlanması, satış və mənfəətlilik göstəricilərinin artırılması istiqamətində fəaliyyət göstərilməsi;
- Kateqoriya üzrə bazar araşdırmalarının aparılması, müştəri tələbatının və bazar trendlərinin təhlil edilməsi;
- Rəqiblərin fəaliyyətinin izlənilməsi və əldə olunan nəticələr əsasında biznes qərarlarının hazırlanması;
- İstehsalçılarla kommersiya danışıqlarının aparılması, müqavilə şərtlərinin razılaşdırılması və məhsul keyfiyyətinə nəzarət edilməsi;
- Yeni layihələrin idarə olunması və şirkətin uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq özəl mebel kateqoriyasının davamlı inkişafının təmin edilməsi.
Tələblər
- Ali təhsil
- Səlis azərbaycan dili biliyi, rus və ya ingilis dili biliyi üstünlükdür;
- Özəl mebellərin satışı sahəsində minimum 3il iş təcrübəsi;
- Mebel bazarı, istehsal prosesləri, materiallar və trendlər haqqında biliklər;
- Xarici istehsalçılar və təchizatçılarla işləmək təcrübəsi;
- Analitik düşüncə və satış, marja, stok göstəricilərini təhlil etmək bacarığı;
- Ezamiyyətlərə hazır olmaq (Çin, Türkiyə və digər ölkələrdə istehsalçı və sərgilərin ziyarəti).
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Şirkət haqqında
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir.
Kontakt Home — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Şirkətin marketinq strategiyasını hazırlayır və rəqəmsal marketinqdə ən azı 3 il təcrübəsi var.
Təchizat və satınalma proseslərini idarə edir, ticarət danışıqlarında təcrübə tələb olunur.
Yeni müştərilər cəlb edir, satış planlarını icra edir və satış sahəsində 3 il təcrübəsi var.




