Yerləşmə
Bakı
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
12 iyun 2026
Dillər
Azerbaijani, English

Vakansiya haqqında

Təsvir

Vəzifə Haqqında

Məhsul Sahibi (Product Owner) KYC və məsafədən hesabın açılması ilə bağlı requlatorun tələblərinə uyğunluğu təmin edərək müştəri qeydiyyatı və login proseslərinə sahiblik edir. Mobil tətbiqdə müştəri təcrübəsini inkişaf etdirir. Müştəri məlumatlarının qorunması üçün təhlükəsizlik tədbirlərini həyata keçirir. O, maraqlı tərəflərlə əməkdaşlıq edərək biznes tələblərini müəyyənləşdirir, məhsul vizyonunu formalaşdırır və inkişaf prosesini idarə edərək məhsulun istifadəçi ehtiyaclarına və biznes məqsədlərinə uyğunluğunu təmin edir.

Əsas Öhdəliklər

  • Məhsul vizyonunu və yol xəritəsini müəyyən etmək və strateji hədəflərlə uyğunlaşdırmaq;
  • Biznes tələblərini toplamaq, prioritetləşdirmək və backlog-u idarə etmək;
  • İnkişaf komandası ilə sıx əməkdaşlıq edərək Agile proseslərdə iştirak etmək;
  • Məhsul və funksiyaların vaxtında və keyfiyyətli şəkildə təqdim olunmasını təmin etmək;
  • Test, bazar təhlili və KPI-lar vasitəsilə məhsul performansını izləmək və təkmilləşdirmək.

Üstünlüklərimiz

  • Rahat iş mühiti və peşəkar inkişaf üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma imkanı;
  • Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan mehriban komanda mühiti.

Tələblər

  • Biznes, İT və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Fintech və ya bank sektorunda məhsul idarəetməsi, məhsul sahibliyi və ya biznes analizi sahəsində 3–5 il iş təcrübəsi;
  • Rəqəmsal bankçılıq, kart məhsulları (kredit, debet, əvvəlcədən ödənişli) və ödəniş ekosistemləri üzrə möhkəm biliklər;
  • Agile metodologiyaları və alətlərində (məsələn, Jira, Confluence) peşəkar bilik;
  • Güclü analitik, təşkilati və problem həll etmə bacarıqları;
  • Biznes tələblərini texniki spesifikasiyalara çevirmək bacarığı;
  • Əla kommunikasiya və maraqlı tərəflərin (stakeholderların) idarə edilməsi bacarığı.

Üstünlük Sayılır

  • Fintech / Digital Banking təcrübəsi;
  • Mobil bankçılıq tətbiqlərinin yaradılması üzrə təcrübə;
  • ASAN, SİMA, Core Banking, Card Processing sistemləri ilə iş təcrübəsi;
  • Professional Scrum Product Owner (PSPO I–II) və ya Project Management Institute (PMI) sertifikasiyası kimi sertifikatlar üstünlükdür.

Vakansiya haqqında

Son tarix

July 12, 2026

Paylaşılıb

iyun 12, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

Şirkət haqqında

Unibank
Banking · Baku

Unibank is a major Azerbaijani commercial bank offering retail and corporate banking and digital financial services.

Unibank — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Aparıcı məhsul sahibi
Müraciət et