Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Jira və digər sorğu sistemlərində müraciətlərin qeydiyyatını, yönləndirilməsini, prioritetləşdirilməsini təmin etmək, icra müddətlərinə nəzarət etmək və istifadəçilərə cavabların vaxtında çatdırılmasına dəstək göstərmək;
Layihələrin ideyadan tətbiqə qədər bütün mərhələlərinin planlaşdırılması, icrası və monitorinqində iştirak etmək, layihə qrafiklərinə, resurs bölgüsünə və büdcəyə nəzarət etmək;
Xidmət və biznes proseslərinin təhlilini aparmaq, optimallaşdırma imkanlarını müəyyənləşdirmək və müvafiq texniki tapşırıqlar (fəaliyyət tələbləri, sistem tələbləri, istifadəçi hekayələri və s.) hazırlamaq;
Proqram təminatlarının inkişaf strategiyaları və yol xəritələrinin formalaşdırılmasına dəstək göstərmək, istifadəçi ehtiyacları və istismar tələbləri əsasında prioritetləri müəyyənləşdirmək;
Çevik layihə idarəetmə metodologiyalarına (Agile/Scrum, Kanban) uyğun olaraq tapşırıqların və gözləmədə olan işlərin idarə edilməsində, komanda fəaliyyətlərinin koordinasiyasında iştirak etmək;
Maraqlı tərəflərlə mütəmadi görüşlər təşkil etmək, müzakirə nəticələrini sənədləşdirmək və qəbul edilmiş qərarların icrasına dəstək göstərmək;
Layihə və proses risklərini, potensial problemləri vaxtında müəyyənləşdirərək rəhbərliyə məlumat vermək və həll üzrə təkliflər hazırlamaq;
Keyfiyyət təminatı və test mərhələlərində iştirak etmək, qəbul meyarlarına uyğunluğu yoxlamaqda və istismara qəbul prosesində rəy vermək;
Hazırlanmış həllərin tətbiq planının icrasında iştirak etmək, tətbiq mərhələlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə texniki dəstək göstərmək;
İstifadəçi rəylərini toplamaq və təhlil etmək, proqram təminatlarının davamlı inkişafı və texniki dəstək xidmətlərinin keyfiyyətinin artırılması üçün təkliflər hazırlamaq;
Nasazlıqların ilkin təhlilində iştirak etmək, problemlərin operativ aradan qaldırılmasına və təkrar problemlərin qarşısının alınmasına dəstək göstərmək;
Rəqib analizləri və istismar araşdırmaları aparmaq, beynəlxalq təcrübəni öyrənmək və müvafiq tətbiqlər üzrə rəhbərliyə təkliflər təqdim etmək;
Layihə sənədlərinin və hesabatların hazırlanmasını, yenilənməsini və vaxtında təqdim olunmasını təmin etmək;
Birbaşa rəhbərin tapşırıqlarını vaxtında, dəqiq və məsuliyyətlə icra etmək.
Tələblər
Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Dil bilikləri : İngilis dili və rus dili biliyi üstünlükdür;
Kompüter bilikləri: Jira, Confluence və ya digər Agile mühit alətləri, MS Office, Visio, baza səviyyədə SQL bilikləri, Balsamiq və ya digər dizayn/qaralama alətləri;
Layihə idarəetmə metodologiyaları (Agile, Scrum, Kanban, Waterfall);
Xidmət proseslərinin analizi yanaşmaları və sənədləşdirmə (fəaliyyət tələblər sənədi, sistem tələblərinin spesifikasiyası, istifadəçi hekayələri, istifadəçi ssenariləri);
Proqram təminatlarının idarə olunması, yol xəritəsinin hazırlanması və istismara çıxarılması prinsipləri;
Risklərin idarə olunması, keyfiyyət təminatı və test prinsipləri;
İstismar araşdırmaları, rəqib analizləri və istifadəçi təcrübəsinin qiymətləndirilməsi;
İT layihələrində informasiya təhlükəsizliyi və hüquqi-normativ uyğunluq prinsipləri;
Analitik düşüncə, planlama, çoxsaylı tapşırıqla paralel işləmə və təşkilatçılıq qabiliyyəti;
Effektik ünsiyyət, təqdimat, komanda və digər maraqlı tərəflərlə effektiv çalışma bacarığı;
Çeviklik, adaptivlik və yaradıcı yanaşma;
Detallara həssas olmaq və problem həll etmə bacarığı;
SQL və data analiz bacarıqları, BI hesabatların hazırlanması;
UI/UX dizayn prinsipləri və istifadəçi təcrübəsinin optimallaşdırılması barədə anlayış;
Rəqəmsal proqram təminatlarının idarəçiliyi və startap ekosistemi üzrə təcrübə;
Proqram təminatının hazırlanması prosesləri (Proqram təminatının İnkişaf Dövrü) haqqında biliklər.
Şirkət haqqında
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında yaradılıb. “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yükdaşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Azərbaycan Respublikasi Prezidentinin Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 19 aprel 2023-cü il tarixli fərmanına əsasən Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

