İnvestisiya məhsulları üzrə məhsul sahibi

Bank Respublika ASC

Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
15 avqust 2026

Vakansiya haqqında

Təsvir

İnvestisiya Məhsulları üzrə Məhsul Sahibi olaraq siz bankın investisiya ekosistemində yeni məhsulların yaradılması, mövcud məhsulların inkişaf etdirilməsi və rəqəmsal həllərin formalaşdırılması prosesinə rəhbərlik edəcəksiniz. Bu rol investisiya məhsulları üzrə biznes baxışını texnoloji imkanlarla birləşdirərək, məhsulun ideyadan istehsalata qədər bütün həyat dövrünün idarə edilməsini əhatə edir.

Namizəd həm maliyyə/investisiya sahəsini, həm də proqram təminatlarının hazırlanması proseslərini yaxşı anlamalı, biznes və texniki komandalar arasında körpü rolunu effektiv şəkildə yerinə yetirməlidir.

Əsas vəzifələr

  • İnvestisiya və xəzinədarlıq məhsullarının ideyalaşdırılması, prioritetləşdirilməsi, inkişafı və bazara çıxarılması proseslərini idarə etmək;
  • Məhsul strategiyasını və roadmap-i formalaşdıraraq biznes məqsədlərinə uyğun inkişaf istiqamətlərini müəyyən etmək;
  • Biznes tələblərinin hazırlanması, texniki komandaya düzgün ötürülməsi və funksionallıqların implementasiya prosesinə nəzarət etmək;
  • Agile/Scrum yanaşmaları əsasında backlog idarəetməsi, user story və acceptance criteria-ların hazırlanmasını təmin etmək;
  • İnvestisiya məhsulları üzrə regulator tələblərinin, eləcə də tərəfdaş qurumlarla inteqrasiya ehtiyaclarının düzgün müəyyən olunmasını təmin etmək;
  • Məhsul üzrə texniki həllərin hazırlanması zamanı IT, təhlükəsizlik və inteqrasiya komandaları ilə sıx əməkdaşlıq etmək;
  • Müştəri davranışlarını, bazar tendensiyalarını və rəqib məhsullarını təhlil edərək yeni imkanları müəyyənləşdirmək;
  • Məhsul performansını KPI və digər göstəricilər əsasında izləmək və optimallaşdırma təşəbbüsləri irəli sürmək;
  • Beynəlxalq investisiya praktikalarını və fintech trendlərini davamlı araşdıraraq innovativ həllərin tətbiqinə təşəbbüs göstərmək.

Tələblər

  • Maliyyə, Bank işi, İqtisadiyyat, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Bank və ya maliyyə sektorunda minimum 3 il məhsul idarəetməsi, biznes analitika və ya əlaqəli sahə üzrə iş təcrübəsi;
  • İnvestisiya və ya xəzinədarlıq məhsulları ilə işləmə təcrübəsi üstünlükdür;
  • Agile/Scrum metodologiyaları üzrə praktiki iş təcrübəsi;
  • Səhm, istiqraz, ETF, investisiya fondları və digər investisiya alətləri üzrə biliklər;
  • Məhsul inkişafı həyat dövrü (SDLC) və proqram təminatının hazırlanması prosesləri üzrə anlayış;
  • Texniki tapşırıqların, user story-lərin və funksional tələblərin hazırlanması bacarığı;
  • Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarıqları;
  • Müxtəlif komandalar və maraqlı tərəflərlə effektiv kommunikasiya və koordinasiya bacarığı;
  • Məlumat əsaslı qərarvermə yanaşması və məhsul metrikaları ilə işləmə təcrübəsi;
  • Regulyativ tələblər və investisiya bazarı infrastrukturu haqqında məlumat üstünlükdür.

Vakansiya növü - Tam ştat

Şirkət haqqında

Bank Respublika ASC
Baku

Bank Respublika 22 may 1992-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyətə başlayıb və bu illər ərzində Azərbaycanın mühüm banklarından birinə çevirilib. Hazırda 1600-nəfərdən çox işçi heyəti olan Bankın 12 şəhər, 21 region filialı, 3 şöbə və 7/24 ofisi fəaliyyət göstərir.

Bank Respublika ASC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnvestisiya məhsulları üzrə məhsul sahibi
Müraciət et