Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Təsvir
- Məhsul və xidmətlərin davamlı optimallaşdırılması, innovativ inkişafın təmin edilməsi;
- Biznes tələblərinin toplanması, məlumatların təhlili və analitik yanaşmaların hazırlanması;
- Analitik nəticələr əsasında biznes yönümlü təkliflərin hazırlanması və təqdim edilməsi;
- Bazar, rəqib və müştəri təcrübəsinin təhlil edilməsi, inkişaf imkanlarının müəyyənləşdirilməsi;
- Analitik nəticələrin cədvəl, diaqram və dashboard formatında vizuallaşdırılması;
- Kampaniya və satış təşəbbüslərinin effektivliyinin qiymətləndirilməsi və optimallaşdırılması;
- Analitik modellərin performansının izlənilməsi və davamlı təkmilləşdirilməsi;
- Biznes proseslərinin rəqəmsallaşdırılması və inkişaf etdirilməsi;
- Daxili strukturlarla effektiv əməkdaşlıq və kommunikasiyanın təmin edilməsi;
- Horizon analizlərinin aparılması və nəticələrin biznes qərarlarına inteqrasiyası.
Tələblər
- Biznes analitikası, məhsul idarəetməsi və ya müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Məhsul və xidmətlərin yaradılması və inkişafı üzrə biliklər;
- Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- SQL və PL/SQL üzrə praktiki biliklər;
- Agile metodologiyası haqqında bilik;
- PowerPoint və Canva vasitəsilə yüksək səviyyədə təqdimat hazırlamaq bacarığı;
- Swagger, Postman və müasir AI alətləri (ChatGPT, Gemini, Claude və s.) ilə işləmək bacarığı;
- Azərbaycan dilini ana dili səviyyəsində, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
- Güclü analitik düşünmə, təqdimat, problem həll etmə və kommunikasiya bacarıqları;
- Komandada işləmək, dəyişikliklərə çevik uyğunlaşmaq və nəticəyönümlü yanaşma.
İş qrafiki:
- 5 günlük.
İş yeri:
- Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Şirkət haqqında
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət, innovativ texnologiyaların tətbiqi, həmçinin ölkənin aviasiya infrastrukturunun inkişafı daxildir. AZAL QSC mülki aviasiyanın idarə olunması və modernləşdirilməsində mühüm rol oynayaraq Azərbaycanın qlobal aviasiya məkanına inteqrasiyasına etibarlı zəmin yaradır. AZAL-ın beynəlxalq nüfuzu yalnız “Skytrax” və “World Airline Awards” mükafatları ilə deyil, həm də 2024-cü ildə əldə etdiyi beynəlxalq sertifikatlarla təsdiqlənir: ISO 9001:2015 (keyfiyyətin idarəetmə sistemi), ISO 14001:2015 (ekoloji idarəetmə sistemi) və ISO 45001:2018 (əmək təhlükəsizliyi və sağlamlığın idarəetmə sistemi). Bu nailiyyətlər şirkətin ətraf mühitin mühafizəsi, əməkdaşların sağlamlığı və keyfiyyətin idarə olunması sahəsində ardıcıl tədbirlərinin nəticəsidir. Həmin il COP29 çərçivəsində yüksək səviyyəli aviasiya sessiyaları keçirilib, 2025-ci ildə isə Bakı şəhərində, Qafqaz və Xəzər regionunda ilk dəfə IATA-nın Aviasiya Enerji Forumu (AEF ) uğurla təşkil edilib. AZAL dayanıqlı inkişafa xüsusi önəm verir və bu istiqamətdə ardıcıl addımlar atır. 2024-cü ilin yanvarında AZAL BMT-nin Qlobal Razılaşma təşəbbüsünə qoşularaq ESG strategiyasının icrasına başlayıb. Son üç il ərzində hər il dərc olunan “Dayanıqlı İnkişaf Hesabatı”nda karbon emissiyalarının azaldılması və Net/Near Zero Emission hədəflərinə nail olunması üçün konkret məqsədlər müəyyən edilib. Ətraf mühit prinsiplərinə sadiqliyini isə şirkətin “IATA CO₂ Connect” platformasında və IEnvA (“IATA Environmental Assessment”) proqramında iştirakı bir daha təsdiqləyir. Bu yanaşma AZAL-ı qlobal aviasiya sənayesində etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeləndirir.
Azerbaijan Airlines — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.



