Vakansiya haqqında

Agile komandamıza qoşulmaq üçün təcrübəli və motivasiyalı System Developer axtarırıq. Əgər kampaniya sistemlərinin layihələndirilməsi və dəstəklənməsinə maraqlısınızsa, verilənlər bazası texnologiyaları üzrə bilik və təcrübəyə maliksinizsə, dinamik iş mühitində dəyər yaratmaq istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!

Vəzifə öhdəlikləri

  • Kampaniyaların həyata keçirilməsi zamanı texniki dəstək və analitik yardım göstərmək, kampaniyaların effektivliyini artırmaq və nəticələrini sonadək izləmək üçün kampaniya komandası ilə sıx əməkdaşlıq etmək.
  • EVAM platformasında kampaniyaları hazırlamaq, aktiv kampaniyaları izləmək və texniki dəstək göstərmək.
  • Gündəlik işlərdə SQL və Linux biliklərindən istifadə edərək EVAM ssenarilərində istifadə olunması üçün verilənlər bazasından məlumatları əldə etmək.
  • Bank sistemləri və verilənlər bazaları ilə inteqrasiyanı təmin etmək və onlardan istifadə etmək.

Tələblər

  • Ali təhsil.
  • Güclü alqoritmik düşünmə bacarığı.
  • SQL üzrə baza bilikləri.
  • Linux üzrə baza bilikləri (əmrlərlə işləmək).
  • Analitik və məntiqi düşünmə bacarıqları.
  • Komanda ilə işləmək bacarığı.
  • Biznes analitikası sahəsində iş təcrübəsi.

Üstünlüklər

  • Ekosistem səviyyəsində öyrənmə imkanları
  • Mentorluq və peşəkar inkişaf
  • Milyonlarla müştəri üçün real təsir yaratmaq
  • Dəstəkləyici və açıqfikirli mədəniyyət
  • Texnologiya və biznesin kəsişməsində karyera imkanı
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət günləri

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, PBT2 (Port Baku Tower 2)
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 oktyabr 2026
Son tarix
12 noyabr 2026
Baxış
203

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Baku
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri PBT2 (Port Baku Tower 2) binasında yerləşir.

İş saatları və iş günləri barədə məlumat verilməyib.

Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Biznes analitikası sahəsində iş təcrübəsi tələb olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Sistem analitiki üzrə Bakıda digər açıq elanlar.

Radius
Middle · 3+ ilBakı
1 500₼

Təkər bazarını təhlil edir, məhsul çeşidini formalaşdırır və satış təhlili aparır

Market AnalysisPrice analysisNegotiation1C+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Azərlotereya ASC
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Məhsul portfelini idarə edir və təhlil edir, məhsul idarəetməsi üzrə minimum 2 il təcrübəsi var.

Market AnalysisProduct Portfolio ManagementProduct AnalysisKPI Monitoring+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
EVAM sisteminin inkişaf etdiricisi
Müraciət et