Business DevelopmentFinancial AnalysisKPI Management
Yerləşmə
Bakı
Təcrübə
5–7 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 iyul 2026
Dillər
Azerbaijani, English, Russian
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Şirkətin missiya və vizyonuna əsaslanaraq 3-5 illik korporativ strategiyanın hazırlanması, İdarə Heyətinə təqdimi və illik strateji hədəflərin (OKR/KPI) formalaşdırılması;Strategiyanın departament səviyyəsində əməliyyat planlarına transformasiyası, icra yol xəritəsinin (roadmap) tərtibi və resurs bölgüsü üzrə tövsiyələrin hazırlanması;Yerli və regional aqrar bazarın monitorinqi, rəqiblərin fəaliyyəti və qiymət siyasətinin sistemli təhlili (benchmarking);Yeni biznes xətləri, məhsul portfeli genişləndirilməsi və diversifikasiya imkanlarının araşdırılması;İnvestisiya layihələri üzrə fizibiliti analizlərinin (ROI, NPV) və potensial tərəfdaşlıq/M&A imkanlarının qiymətləndirilməsi;İri miqyaslı böyümə layihələrinin (yeni istehsal xətləri, bazara giriş, infrastruktur genişləndirilməsi) portfel səviyyəsində formalaşdırılması, prioritetləşdirilməsi və biznes əsaslandırmasına rəhbərlik;Layihə portfelinin icrasına yüksək səviyyəli nəzarət, əsas mərhələlərin (milestone) strateji hədəflərlə uzlaşdırılması və resurs/büdcə münaqişələrinin həllində rəhbərliyə qərar dəstəyi;Kritik risklərin erkən aşkarlanması, İdarə Heyətinə eskalasiyası və tamamlanmış layihələrin nəticələrinin (ROI, hədəflərə çatma dərəcəsi) qiymətləndirilməsi;Rəhbərliyə rüblük/illik strateji hesabatların, dashboard və analitik materialların təqdimi;İllik büdcə planlaşdırma prosesində strateji prioritetlərin maliyyə modelinə inteqrasiyası və ssenari/həssaslıq analizlərinin aparılması;Dövlət siyasəti, subsidiya proqramları və tənzimləmə mühitindəki dəyişikliklərin izlənməsi, strateji risklərin (bazar, əməliyyat, tənzimləyici) identifikasiyası;Davamlılıq (sustainability) və ESG prinsiplərinin korporativ strategiyaya inteqrasiyası.İş şəraitiİşəgötürən: Eden Agro MMCStruktur: Strategiya və Biznesin İnkişafı DepartamentiBirbaşa rəhbər: Baş İcraçı Direktorİş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəziİş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00) Xüsusi tələblər Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə, Menecment və ya digər uyğun ixtisas üzrə ali təhsil; MBA və ya Strategiya, Layihələrin idarə edilməsi üzrə beynəlxalq sertifikatlar üstünlükdür;Strategiya, biznes inkişafı, korporativ planlaşdırma və ya idarəetmə sahəsində minimum 5-7 il iş təcrübəsi; Rəhbər vəzifədə ən azı 2-3 il təcrübə; Strateji layihələrin hazırlanması və icrasında praktiki təcrübə;Strateji planlaşdırma metodologiyaları; Biznes analitikası və performans idarəetməsi; Bazar araşdırmaları və rəqabət təhlili; Layihələrin, idarə edilməsi (PMBOK, Agile və s.); Büdcələşdirmə və maliyyə göstəricilərinin təhlili; KPI və OKR sistemlərinin hazırlanması və tətbiqi; Risklərin idarə edilməsi prinsipləri; Korporativ idarəetmə və təşkilati inkişaf üzrə biliklər Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;Azərbaycan dili və İngilis dili səlis, Rus dili üstünlükdür;Microsoft Office proqramları (xüsusilə Excel və PowerPoint) üzrə yüksək səviyyədə bilik.Maraqlanan şəxslər öz CV formalarını "Strategiya və Biznesin İnkişafı üzrə menecer" başlığı ilə [email protected] elektron poçt ünvanına 20.07.2026 tarixinə qədər göndərə bilərlər.
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Sales ManagementMarket ResearchBusiness Development
Market AnalysisFinancial ModelingBusiness Development
ConfluenceBPMNBudget Management


