Strategiya və biznesin inkişafı üzrə menecer

Eden Agro MMC

Yerləşmə
Azərbaycan
Təcrübə
5–7 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 iyul 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
20 iyul 2026

Vakansiya haqqında

İş şəraiti

  • İşəgötürən: Eden Agro MMC
  • Struktur: Strategiya və Biznesin İnkişafı Departamenti
  • Birbaşa rəhbər: Baş İcraçı Direktor
  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin missiya və vizyonuna əsaslanaraq 3-5 illik korporativ strategiyanın hazırlanması, İdarə Heyətinə təqdimi və illik strateji hədəflərin (OKR/KPI) formalaşdırılması
  • Strategiyanın departament səviyyəsində əməliyyat planlarına transformasiyası, icra yol xəritəsinin (roadmap) tərtibi və resurs bölgüsü üzrə tövsiyələrin hazırlanması
  • Yerli və regional aqrar bazarın monitorinqi, rəqiblərin fəaliyyəti və qiymət siyasətinin sistemli təhlili (benchmarking)
  • Yeni biznes xətləri, məhsul portfeli genişləndirilməsi və diversifikasiya imkanlarının araşdırılması
  • İnvestisiya layihələri üzrə fizibiliti analizlərinin (ROI, NPV) və potensial tərəfdaşlıq/M&A imkanlarının qiymətləndirilməsi
  • İri miqyaslı böyümə layihələrinin (yeni istehsal xətləri, bazara giriş, infrastruktur genişləndirilməsi) portfel səviyyəsində formalaşdırılması, prioritetləşdirilməsi və biznes əsaslandırmasına rəhbərlik
  • Layihə portfelinin icrasına yüksək səviyyəli nəzarət, əsas mərhələlərin (milestone) strateji hədəflərlə uzlaşdırılması və resurs/büdcə münaqişələrinin həllində rəhbərliyə qərar dəstəyi
  • Kritik risklərin erkən aşkarlanması, İdarə Heyətinə eskalasiyası və tamamlanmış layihələrin nəticələrinin (ROI, hədəflərə çatma dərəcəsi) qiymətləndirilməsi
  • Rəhbərliyə rüblük/illik strateji hesabatların, dashboard və analitik materialların təqdimi
  • İllik büdcə planlaşdırma prosesində strateji prioritetlərin maliyyə modelinə inteqrasiyası və ssenari/həssaslıq analizlərinin aparılması
  • Dövlət siyasəti, subsidiya proqramları və tənzimləmə mühitindəki dəyişikliklərin izlənməsi, strateji risklərin (bazar, əməliyyat, tənzimləyici) identifikasiyası
  • Davamlılıq (sustainability) və ESG prinsiplərinin korporativ strategiyaya inteqrasiyası

Vəzifə tələbləri:

  • Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə, Menecment və ya digər uyğun ixtisas üzrə ali təhsil;
  • MBA və ya Strategiya, Layihələrin idarə edilməsi üzrə beynəlxalq sertifikatlar üstünlükdür;
  • Strategiya, biznes inkişafı, korporativ planlaşdırma və ya idarəetmə sahəsində minimum 5-7 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə ən azı 2-3 il təcrübə;
  • Strateji layihələrin hazırlanması və icrasında praktiki təcrübə;
  • Strateji planlaşdırma metodologiyaları;
  • Biznes analitikası və performans idarəetməsi;
  • Bazar araşdırmaları və rəqabət təhlili;
  • Layihələrin, idarə edilməsi (PMBOK, Agile və s.);
  • Büdcələşdirmə və maliyyə göstəricilərinin təhlili;
  • KPI və OKR sistemlərinin hazırlanması və tətbiqi;
  • Risklərin idarə edilməsi prinsipləri;
  • Korporativ idarəetmə və təşkilati inkişaf üzrə biliklər
  • Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
  • Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
  • Azərbaycan dili və İngilis dili səlis, Rus dili üstünlükdür;
  • Microsoft Office proqramları (xüsusilə Excel və PowerPoint) üzrə yüksək səviyyədə bilik;

Biz təklif edirik:

  • Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
  • Korporativ tibbi sığorta paketi;
  • Peşəkar və liderlik inkişaf proqramları;
  • Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
  • Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
  • Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
  • Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
  • Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Strategiya və biznesin inkişafı üzrə menecer
Müraciət et