Tikinti işlərinin keyfiyyətinə nəzarət edir və texniki tələblərə uyğunluğunu təmin edir
Vakansiya haqqında
İş yeri: Şamaxı rayonu — Meysari Grand Hotel & Spa
Meysari Grand Hotel & Spa komandamıza qoşulacaq, mexaniki sistemlərin və avadanlıqların etibarlı, təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin edəcək təcrübəli və məsuliyyətli Senior Mechanical Supervisor axtarırıq.
Əsas vəzifə öhdəlikləri
Mexaniki sistemlərin, avadanlıqların və mühəndislik qurğularının işinə nəzarət etmək;
Profilaktik texniki xidmət və təmir işlərini planlaşdırmaq və icrasını təmin etmək;
Nasazlıqları müəyyən etmək, texniki problemlərin operativ həllini təşkil etmək;
Texniki xidmət komandasının gündəlik fəaliyyətini əlaqələndirmək və iş bölgüsünü aparmaq;
Mexaniki avadanlıqların istismarına, təhlükəsizlik qaydalarına və texniki standartlara riayət olunmasına nəzarət etmək;
Ehtiyat hissələrinin və texniki materialların istifadəsini izləmək, müvafiq hesabatlar hazırlamaq;
Enerji səmərəliliyinin artırılması və avadanlıqların istismar müddətinin uzadılması istiqamətində tədbirlər görmək.
Namizəd üçün tələblər
Mexanika, mühəndislik və ya müvafiq texniki sahə üzrə ali və ya uyğun texniki təhsil;
Mexaniki sistemlərin istismarı, texniki xidməti və təmiri sahəsində müvafiq iş təcrübəsi;
Texniki heyətin idarə edilməsi və işlərin koordinasiyası üzrə bacarıqlar;
Mexaniki avadanlıqlar, nasoslar, mühərriklər, HVAC və digər mühəndislik sistemləri üzrə biliklər;
Texniki sənədləri oxumaq, nasazlıqları təhlil etmək və operativ qərarlar qəbul etmək bacarığı;
Məsuliyyətlilik, liderlik, problem həll etmə və komanda ilə işləmək bacarığı;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və daxili prosedurlar barədə biliklər;
Otel və ya iri obyektlərin texniki xidmət sahəsində təcrübə üstünlükdür.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Şamaxı rayonundadır.
Son müraciət tarixi 27 noyabr 2026-cı ildir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçİş otel və ya iri obyektlərin texniki xidmət sahəsindədir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAparıcı mühəndis üzrə Şamaxıda digər açıq elanlar.
Layihənin icrasına rəhbərlik edir və çoxdisiplinli mühəndis komandalarını əlaqələndirir, layihə idarəetmə bacarıqları tələb olunur.
Linux, Docker və Kubernetes infrastrukturlarını idarə edir, Data Platformaları üzrə 5 ildən çox təcrübəsi var.
Mürəkkəb quyular layihələrini idarə edir və mühəndislik sənədlərini nəzərdən keçirir, layihə idarəetmə bacarıqları tələb olunur.




