Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Vakansiya növü - Tam ştat
Vəzifə öhdəlikləri
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
Torpaq analizi və bitki mühafizəsi (xəstəliklər, zərərvericilər və alaq otları ilə mübarizə üsulları) üzrə nəzəri və praktiki biliklər;
Microsoft Office (Word, Excel, Outlook) proqramlarını istifadə bacarığı;
Analitik düşüncə, problem həll etmə və operativ qərarvermə bacarığı;
Məsuliyyətlilik, hesabatlılıq və dəqiqlik.
Tələblər
Bağların salınması və becərilməsi üçün texnoloji prosesləri müəyyənləşdirmək:
Meliorativ tədbirlərin həyata keçirilməsi üçün planlar hazırlamaq;
Torpağın tərkibini və vəziyyətini nəzərə alaraq müxtəlif torpaq sahələrində məhsul becərmə üsullarını müəyyənləşdirmək;
Gübrələri və becərmə üçün tələb olunan digər materialları müəyyənləşdirmək və təklif etmək;
Becərmə və yığım müddətlərinin vaxtlarının qrafikini tərtib etmək;
Gübrələmə prosesini müəyyən etmək;
Torpağın düzgün istismarı və qorunması üçün üsullar hazırlamaq;
Məhsul istehsalını artırmaq üçün qabaqcıl texnologiyalardan istifadə etmək;
Müvafiq kimyəvi maddələrin və gübrələrin düzgün istifadəsini həyata keçirmək;
Mütəmadi olaraq bağları monitorinq etmək;
Xəstəlik, alaq otları və zərərvericilərə qarşı mübarizə tədbirləri aparmaq;
Alaq otlarıyla, zərərvericilərlə, xəstələnmə və zəhərlənmə səviyyəsindən asılı olaraq optimal mübarizə tədbirləri seçmək və tətbiq etmək;
Uçot və hesabat: İstehsal nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq;
Operativ sənədləri fayllaşdırmaq.
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

