Texnikaların texniki baxış, təmir və xidmət işlərini təşkil edir, texniki xidmət bacarığı tələb olunur.
Vakansiya haqqında
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
- Həvalə olunmuş istehsal sahəsində avadanlıqların, istehsal xətlərinin və mexaniki sistemlərin fasiləsiz və etibarlı fəaliyyətini təmin etmək;
- İstehsal avadanlıqlarına mütəmadi texniki baxış keçirmək, nasazlıqları operativ şəkildə müəyyən etmək və təmir-bərpa işlərini təşkil etmək;
- Planlı Profilaktik Təmir (PPT) qrafikinə uyğun olaraq təmir işlərinin planlaşdırılmasını və icrasını təmin etmək;
- Təmir işləri üçün tələb olunan ehtiyat hissələri, alət və materialların vaxtında təmin olunmasına nəzarət etmək, anbarda olmayan materiallar üzrə sifarişlərin vaxtında açılmasını təşkil etmək;
- Tabeliyində olan təmirçi çilingərlərin işini planlaşdırmaq, koordinasiya etmək və görülən işlərə nəzarət etmək;
- Təmir işləri başa çatdıqdan sonra icra sənədlərini hazırlamaq, avadanlıqları istismara təhlükəsiz şəkildə təhvil vermək;
- Təmir heyəti tərəfindən əmək intizamına, əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat qaydalarına riayət olunmasına nəzarət etmək;
- Avadanlıqlarda baş verən nasazlıqların səbəblərini təhlil etmək, təkrarlanmasının qarşısını almaq üçün təkliflər hazırlamaq;
- Texniki sənədləri, konstruktor çertyojlarını və mexaniki sxemləri oxumaq, təhlil etmək və zərurət olduqda hazırlamaq;
- İstehsalatda avadanlıqların məhsuldarlığının və etibarlılığının artırılması istiqamətində təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsində iştirak etmək.
Namizədə tələblər
- Ali təhsil (Mexanika mühəndisliyi, Maşınqayırma, Mexatronika və ya digər müvafiq texniki ixtisaslar üzrə);
- İstehsalat müəssisəsində mexanik və ya baş mexanik vəzifəsində minimum 5 il iş təcrübəsi;
- Mexaniki avadanlıqların quruluşu, istismarı, texniki xidməti və təmir prinsipləri üzrə dərin biliklər;
- Planlı profilaktik təmir sistemlərinin təşkili üzrə təcrübə;
- Konstruktor çertyojlarını və texniki sənədləri sərbəst oxumaq bacarığı;
- Əmək mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə biliklər;
- Komandanı idarəetmə, qərarvermə və təşkilatçılıq bacarıqları;
- Analitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və güclü ünsiyyət bacarığı.
İş qrafiki:
- 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsəsən təyin olunur.
Üstünlüklərimiz:
- Nahar
- Servis
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Baş mexanik” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
ATS Food LLC, founded in 1999, is one of the largest food manufacturers in Azerbaijan, producing flour, bread, pasta and confectionery through its Bismak and Çörəkçi factories.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Sumqayıt şəhərindədir.
İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.
Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunur.
İstehsalat müəssisəsində mexanik və ya baş mexanik vəzifəsində minimum 5 il iş təcrübəsi tələb olunur.
Namizəd öz CV-sini “Baş mexanik” başlığı ilə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş mexanik üzrə Sumqayıtda digər açıq elanlar.
İstehsalat məhsullarının keyfiyyətinə nəzarət edir, 5 ildən çox təcrübə tələb olunur.
Hazır məhsulun keyfiyyətinə nəzarət edir və laboratoriya idarəetmə təcrübəsi tələb olunur
Enerji qurğularının fasiləsiz işini təmin etmək və elektrik avadanlıqlarının texniki baxışını həyata keçirmək tələb olunur




