Kabel istehsalında keyfiyyətə nəzarət edir, elektrik və materialşünaslıq üzrə təcrübə tələb olunur.
Vakansiya haqqında
Təsvir
- İstehsal olunan məhsulların və satın alınan xammalın keyfiyyətinə nəzarət prosesini təşkil etmək;
- İstehsalat Sınaq Laboratoriyasının fəaliyyətinə rəhbərlik etmək, sınaqların düzgün icrasını və nəticələrin etibarlılığını təmin etmək;
- Zay məhsul və uyğunsuzluqların səbəblərini təhlil etmək, kök səbəb analizi aparmaq və düzəldici tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
- Müştəri şikayətləri və reklamasiya hallarının araşdırılmasını təşkil etmək;
- Laboratoriyanın ISO/IEC 17025 tələblərinə uyğun akkreditasiya prosesini təşkil etmək və auditlər zamanı laboratoriyanı təmsil etmək;
- Ölçmə və sınaq vasitələrinin kalibrlənməsi və metroloji nəzarətini təmin etmək;
- SAP ERP sistemi üzərindən keyfiyyətə nəzarət proseslərinin və məlumatların düzgün qeydiyyatını izləmək;
- Keyfiyyətə nəzarət proseslərinin davamlı təkmilləşdirilməsini təmin etmək;
- Tabeliyində olan əməkdaşların fəaliyyətini idarə etmək və iş bölgüsünü təşkil etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ekoloji tələblərə riayət olunmasına nəzarət etmək.
Tələblər
- Metallurgiya, standartlaşdırma və metrologiya, idarəetmə və ya uyğun texniki istiqamət üzrə ali təhsil;
- Keyfiyyətə nəzarət sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
- Metallurgiya, materialşünaslıq və polad istehsalı prosesləri üzrə güclü texniki biliklər;
- Mexaniki sınaqlar, kimyəvi və spektral analizlər üzrə bilik və təcrübə;
- ISO 9001 və ISO/IEC 17025 standartları üzrə bilik və tətbiq bacarığı;
- ISO 14001 və ISO 45001 standartları üzrə biliklərin olması üstünlükdür;
- Uyğunsuzluqların idarə olunması, kök səbəb analizi və düzəldici tədbirlərin hazırlanması bacarığı;
- Komanda idarəetməsi, analitik düşünmə və problem həll etmə bacarıqları;
- Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək.
İş yeri: Sumqayıt şəhəri
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Rəqabətli əmək haqqı;
- Korporativ nömrə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Keyfiyyətə nəzarət üzrə mühəndis üzrə bazar adətən 650–1 400 ₼ ödəyir, median — 1 050 ₼.
45 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Keyfiyyətə nəzarət üzrə mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci ildə qoyulan Baku Steel Company(BSC) yarandığı gündən, yeniliyi, keyfiyyəti əsas tutaraq istehsalatını daim artıraraq dünya bazarında rəqabətini qoruyur.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Sumqayıt şəhəridir.
Rəqabətli əmək haqqı təklif olunur.
Müraciət üçün link vasitəsilə müraciət etmək lazımdır. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçNahar təminatı və korporativ nömrə verilir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKeyfiyyətə nəzarət üzrə mühəndis üzrə Sumqayıtda digər açıq elanlar.
Hazır məhsulun keyfiyyətinə nəzarət edir və laboratoriya idarəetmə təcrübəsi tələb olunur
İstehsal olunan məhsulların keyfiyyətinə nəzarət edir və metallurgiya sahəsində təcrübə tələb olunur.
Mekanik sistemlərin keyfiyyətini yoxlamaq və sənədləşdirmə aparmaq bacarığı tələb olunur.





