Vakansiya haqqında

CAMAL LTD şirkəti dondurma istehsalı zavodunda mexaniki avadanlıqların fasiləsiz və səmərəli fəaliyyətini təmin etmək üçün təcrübəli Baş Mexanik axtarır.

Vəzifə öhdəlikləri

  • Dondurma istehsalı zavodunda istifadə olunan mexaniki avadanlıqların təhlükəsiz və fasiləsiz istismarını təmin etmək;

  • Dondurma istehsalı, qarışdırma, homogenizasiya, pasterizasiya, dondurma və qablaşdırma xətlərinin mexaniki vəziyyətinə nəzarət etmək;

  • Soyutma və dondurma sistemlərinin, kompressorların, nasosların, reduktorların və digər mexaniki avadanlıqların texniki vəziyyətini izləmək;

  • İstehsalat avadanlıqlarının planlı texniki baxış, profilaktik xidmət və təmir işlərini təşkil etmək və icrasına nəzarət etmək;

  • Avadanlıqlarda yaranan nasazlıqların səbəblərini müəyyənləşdirmək, operativ müdaxilə etmək və istehsalatda dayanma hallarını minimuma endirmək;

  • İstehsalat avadanlıqlarının texniki xidmət və təmir qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək;

  • Ehtiyat hissələrinə olan tələbatı müəyyənləşdirmək, onların uçotunu və səmərəli istifadəsini təmin etmək;

  • Mexaniki avadanlıqların istismar müddətinin artırılması və təmir xərclərinin optimallaşdırılması istiqamətində tədbirlər görmək;

  • İstehsalat avadanlıqlarının təmizlənməsi və yuyulması proseslərində istifadə olunan mexaniki sistemlərin saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;

  • Texniki sənədləşməni, təmir hesabatlarını və avadanlıqların texniki xidmət tarixçəsini aparmaq;

Namizədə tələblər

  • Mexanika mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali təhsil;

  • Müvafiq sahədə 7–10 il iş təcrübəsi;

  • Qida istehsalı müəssisəsində, xüsusilə dondurma və ya süd məhsulları istehsalı sahəsində təcrübə üstünlükdür;

  • İstehsalat xətləri, soyutma sistemləri, kompressorlar, nasoslar və digər mexaniki avadanlıqlar üzrə biliklər;

  • Avadanlıqların texniki xidmət və təmir proseslərinin təşkili üzrə təcrübə;

  • AutoCAD proqramı üzrə biliklər və texniki sxemlərlə işləmək bacarığı mütləqdir;

  • Rus və ingilis dillərini bilmək üstünlükdür;

  • Analitik düşünmə, operativ qərarvermə və komanda ilə işləmək bacarığı.

İş şəraiti

  • Ünvan: Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 4/21D, döngə

  • İş rejimi: 6 günlük iş həftəsi, tam iş günü

  • Mobil nömrə ilə təminat

  • Nahar şirkət tərəfindən qarşılanır.

  • Əmək haqqı - 3 500 AZN (razılaşma yolu ilə).

Mövzu hissəsində “Baş Mexanik” qeyd edilməlidir.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.
Təcrübə
7–10 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
3 500 ₼
Yerləşdirilib
16 noyabr 2026
Dillər
Russian, English
Son tarix
16 dekabr 2026
Baxış
72

Şirkət haqqında

Camal LTD (İceland)
Food and Beverage Manufacturing · 201-500 · Bakı
Camal LTD (İceland) — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Binəqədi rayonu, Sulutəpə qəsəbəsindədir.

Müvafiq sahədə 7–10 il iş təcrübəsi tələb olunur.

Mexanika mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali təhsil tələb olunur.

AutoCAD proqramı üzrə biliklər və texniki sxemlərlə işləmək bacarığı mütləqdir.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Baş mexanik üzrə Bakıda digər açıq elanlar.

Meysəri Grand Hotel & SPA
Təcrübəli mütəxəssisBakı
Maaş göstərilməyib

Mexaniki sistemlərin və avadanlıqların təhlükəsiz və fasiləsiz işləməsini təmin edir, mexaniki bilik tələb olunur.

Preventive Maintenance PlanningHVAC systemsMechanical system operationTroubleshooting+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
“socar Petroleum” Qsc
MütəxəssisBakı
Maaş göstərilməyib7 gün qalıb

Mexaniki və texnoloji avadanlıqların istismarı və təmirini təşkil etmək üçün texniki bilik tələb olunur

Mechanical Equipment OperationTechnical MaintenanceAutoCADPlanning+10
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
PASHA Real Estate
Təcrübəli mütəxəssis · 5+ ilBakı
Maaş göstərilməyib6 gün qalıb

Elektrik layihələrinin hazırlanması və AutoCAD-də texniki rəsmlərin tərtibi üçün 5 il təcrübə tələb olunur

Electrical DesignAutoCADTechnical DocumentationQuality Control+5
Müraciət et
Bütün oxşar vakansiyalar
3 500 ₼
Baş mexanik
Müraciət et