Nəzarət sistemlərinin quraşdırılmasını həyata keçirmək üçün ən az 4 il təcrübəsi tələb olunur
Vakansiya haqqında
Təsvir
- Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə, işçi çertyojlar, texniki spesifikasiyalar, smeta və qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun icrasına nəzarət etmək;
- Tikinti prosesində istifadə olunan materialların, konstruksiyaların və avadanlıqların layihə və normativ tələblərə uyğunluğunu yoxlamaq;
- Tikinti-quraşdırma işləri zamanı aşkar edilmiş uyğunsuzluq və qüsurların aradan qaldırılmasına nəzarət etmək;
- Tikinti işlərinin icrası zamanı layihə sənədlərindən kənarlaşmaları müəyyən etmək və müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Layihə sənədlərinə dəyişiklik və düzəlişlərin edilməsi zərurəti yarandıqda müvafiq layihə təşkilatları ilə koordinasiyanı həyata keçirmək;
- Tikinti-quraşdırma işləri üzrə tərtib edilmiş aktları, protokolları və digər texniki sənədləri yoxlamaq;
- Forma-2, Forma-3 və digər icra sənədlərində qeyd olunan iş həcmlərinin faktiki yerinə yetirilmiş işlərə uyğunluğunu yoxlamaq.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1 səviyyəsində, rus dili – arzuolunandır;
- Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint;
- Qaz avadanlıqlarının istismarı və təmiri üzrə müvafiq sertifikat tələb olunur;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Problemlərin həlli bacarığı;
- Təqdimat bacarıqları;
- Öyrənmə qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşma bacarığı;
- Komandada işləmək bacarığı.
İş qrafiki:
- 5 günlük
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Hava Limanı
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ölkənin mülki aviasiyası üzrə aparıcı qurumudur. Cəmiyyətin fəaliyyət istiqamətlərinə strateji planlaşdırma, beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir.
Həftədə 5 iş günü işlənir.
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi tələb olunur.
Azərbaycan dili səlis, ingilis dili B1 səviyyəsində, rus dili arzuolunandır.
MS Word, MS Excel və MS PowerPoint proqramlarını bilməlidir.
Qaz avadanlıqlarının istismarı və təmiri üzrə müvafiq sertifikat tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş texnik üzrə Bakıda digər açıq elanlar.
Tikinti layihələrinin texniki icrasına nəzarət edir və komandanı idarə edir
Hava limanı təmir işlərinin təşkilini və icrasına nəzarət edir, minimum 2 il təcrübə tələb olunur
Metal konstruksiyaların quraşdırılmasını idarə edir və komanda ilə işləmə bacarığı tələb olunur


