Metal konstruksiyaların quraşdırılmasını idarə edir və komanda ilə işləmə bacarığı tələb olunur
Vakansiya haqqında
AMASS MMC fasad işlərinin icrası üzrə fəaliyyət göstərən komandamıza peşəkar və məsuliyyətli Sahə Mühəndisi axtarır.
Namizədə dair tələblər:
-
Ali texniki və ya mühəndislik təhsili;
-
Tikinti sahəsində sahə mühəndisi vəzifəsində minimum 2 il iş təcrübəsi;
-
Fasad sistemləri və fasad işlərinin icrası üzrə təcrübə;
-
Tikinti çertyojlarını və texniki layihələri oxumaq bacarığı;
-
Tikinti texnologiyaları, materiallar və iş ardıcıllığı barədə biliklər;
-
Komanda ilə işləmək, işçiləri koordinasiya etmək və operativ qərarlar qəbul etmək bacarığı;
-
Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
-
AutoCAD biliyi.
Vəzifə öhdəlikləri:
-
Fasad işlərinin layihə və texniki sənədlərə uyğun icrasına nəzarət etmək;
-
Tikinti sahəsində gündəlik iş prosesini təşkil və koordinasiya etmək;
-
İşlərin keyfiyyətinə, texniki tələblərə və təsdiq edilmiş qrafikə uyğunluğunu təmin etmək;
-
Ustaların və fəhlələrin işinə nəzarət etmək, iş bölgüsünü həyata keçirmək;
-
İstifadə olunan materialların layihəyə və texniki standartlara uyğunluğunu yoxlamaq;
-
Layihə rəhbərliyi, podratçılar və digər aidiyyəti şəxslərlə koordinasiyanı təmin etmək;
-
Görülən işlər barədə gündəlik hesabatlar hazırlamaq;
-
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
-
İş prosesində yaranan texniki problemləri müəyyən etmək və həlli istiqamətində tədbirlər görmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Baş texnik üzrə bazar adətən 700–2 200 ₼ ödəyir, median — 975 ₼.
12 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Baş texnik kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Tikinti sahəsində sahə mühəndisi vəzifəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
Ali texniki və ya mühəndislik təhsili tələb olunur.
AutoCAD proqramını bilmək tələb olunur.
Ustaların və fəhlələrin işini koordinasiya etməli və iş bölgüsünü həyata keçirməlidir.
Tikinti çertyojlarını və texniki layihələri oxumaq bacarığı tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş texnik üzrə Bakıda digər açıq elanlar.
Mexaniki, elektrik və avtomatika avadanlıqlarının təmiri və xidmətini təşkil edir, 2 il təcrübə tələb olunur.
Tikinti obyektlərində müəllif nəzarətini aparmaq və layihə oxuma bacarığı tələb olunur
Tikinti sahəsində fiber optik və Cat6 kabellərin çəkilməsi və rack kabinlərin yığılması üzrə işləyir, minimum 2 il təcrübə tələb olunur.




