Tikinti layihələri üzrə smeta sənədlərini hazırlayır və xərcləri hesablamaq bacarığı tələb olunur.
Vakansiya haqqında
İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
Vəzifə öhdəlikləri:
- Layihə-smeta sənədlərinin yoxlanılması;
- Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
- Layihə-smeta sənədlərinin ekspertizadan keçirilməsi və yaranmış iradların operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi;
- Layihəyə uyğun olaraq iş həcmlərinin yoxlanılması;
- Tikinti materiallarının, avadanlıqların və məmulatların cari bazar qiymətlərinin təhlil edilməsi, qiymətləndirilməsi və smeta dəyərinə uyğunluğunun yoxlanılması;
- Layihə icrası zamanı faktiki dəyişikliklərə əsasən smeta sənədlərinin yenilənməsi;
- İcraçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
- Smeta sənədləri əsasında iş həcmləri (BOQ) cədvəllərinin hazırlanması;
- Smeta və xərclər üzrə zəruri təhlillərin aparılması.
Namizədə tələblər:
- İnşaat mühəndisliyi və ya tikintinin-iqtisadiyyatı ixtisası üzrə ali təhsil;
- Müvafiq sahə üzrə (smeta mühəndisliyi sahəsində) ən azı 3–5 il iş təcrübəsi;
- Tikinti norma və qaydalarını (AzDTN, SNİP və s.), smeta hazırlanma qaydalarını bilməli;
- AutoCAD, MS Office (xüsusilə peşəkar səviyyədə Excel) və dövlət smeta proqramında (e-semta.ttnd.az) sərbəst işləmək bacarığı;
- İnşaat prossesi haqqında biliklər, analitik düşüncə, yüksək məsuliyyət və sənəd intizamı.
Təklif olunur:
- Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
- Peşəkar inkişaf;
- Dövlət layihələrində iştirak etmək imkanı
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Smeta mühəndisi” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Namizədin 3-5 il iş təcrübəsi olmalıdır.
Əmək haqqı 1500-2000 manat aralığındadır.
İş saatları və rejimi barədə məlumat verilməyib.
AutoCAD, MS Office (xüsusilə Excel) və dövlət smeta proqramında sərbəst işləməlidir.
İnşaat mühəndisliyi və ya tikintinin iqtisadiyyatı üzrə ali təhsil tələb olunur.
Azərbaycan dilində CV-ni mövzu hissəsində “Smeta mühəndisi” yazmaqla elektron ünvana göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSmeta mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Tikinti layihələri üçün smetaların hazırlanması və texniki hesabatların tərtibi üzrə mütəxəssis.
Tikinti layihələrində mexanika işlərinin keyfiyyətinə nəzarət edir və AutoCAD bilikləri tələb olunur.
Tikinti layihələrinin planlaşdırılması və iş qrafiklərinin hazırlanması üzrə texniki mühəndis axtarılır.




