Tikinti layihələrinin dəyərini hesablamaq və tender qiymətləri hazırlamaq üçün təcrübəli mühəndis.
Vakansiya haqqında
Tam ştat iş rejimi
- İş yeri: Bakı şəhəri
- Əmək müqaviləsi
- Əmək haqqı: namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən müəyyən edilir
- Peşəkar və inkişafyönümlü iş mühiti
- Stabil və uzunmüddətli iş imkanı
Müraciət qaydası:
Məktubun mövzu hissəsində “ Smeta mühəndisi” qeyd edilməsi xahiş olunur.
Vəzifə öhdəlikləri
Tikinti, təmir və mühəndislik işləri üzrə smetaların hazırlanması;
Layihə və texniki sənədlər əsasında iş həcmlərinin hesablanması;
BOQ (Bill of Quantities) hazırlanması və yoxlanılması;
Material, avadanlıq və işçilik xərclərinin hesablanması;
Təchizatçı və subpodratçılardan alınan qiymət təkliflərinin müqayisəsi və təhlili;
Tender və kommersiya təklifləri üçün qiymət hesablamalarının hazırlanması;
Layihə, spesifikasiya və smeta arasındakı uyğunsuzluqların müəyyən edilməsi;
Faktiki görülmüş işlərin smeta və layihə ilə uyğunluğunun yoxlanılması;
Forma 2, Forma 3 və digər müvafiq hesabatların hazırlanması;
Layihələr üzrə maya dəyərinin və ümumi büdcənin hesablanması;
Smeta hesablamalarının layihə dəyişikliklərinə uyğun olaraq yenilənməsi;
Layihə, satınalma və tikinti komandaları ilə koordinasiyalı iş.
Tələblər
İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
Smeta mühəndisi / smetaçı vəzifəsində minimum 3 il iş təcrübəsi;
Tikinti və təmir işləri üzrə smeta hazırlanması sahəsində praktiki təcrübə;
MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
AutoCAD bilikləri;
Tikinti materialları və işçilik üzrə bazar qiymətləri haqqında məlumatlılıq;
BOQ və iş həcmlərinin hesablanması bacarığı;
Analitik düşüncə və detallara yüksək diqqət;
Məsuliyyətlilik və komandada işləmək bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Minimum 3 il smeta mühəndisi vəzifəsində iş təcrübəsi tələb olunur.
İş saatları və iş günləri barədə məlumat verilməyib.
Əmək haqqı 1500–1800 aralığındadır.
Məktubun mövzu hissəsində “Smeta mühəndisi” qeyd edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSmeta mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Liman ərazisində təhlükəsizlik risklərini qiymətləndirir və işçi heyətinə təlimlər keçirir.
İstehsalat avadanlıqlarının elektrik və mexaniki nasazlıqlarını aradan qaldırmaq üçün texniki xidmət göstərir.
Tikinti sahəsində layihə və işçi qruplarını koordinasiya edən, texniki problemləri həll edən mühəndis.


