Vakansiya haqqında
- Stansiyaya daxil olan qatarların vaxtı-vaxtında sistemə işlənilməsini həyata keçirmək;
- Qatarların qəbulu və göndərilməsi zamanı sənədlərin yoxlanmasını həyata keçirmək;
- Stansiyaya daxil olan yerli vaqonların sənədlərini yük xəzinədarına vermək həmçinin stansiyada yüklənmiş vaqonların sənədlərini qəbul etmək;
- Stansiyaya daxil olan qatarların çeşidləmə vərəqini tərtib etmək;
- Vaqonların tərtib planına əsasən, ADY SMART proqramında işlənib öz istiqamətinə atılmasına və qatarın çəkisi, uzunluğu normasına nəzarət etmək;
- Qatarların vaxtı-vaxtında stansiyadan yola düşməsini, sənədlərin və yüklərin qorunmasını həyata keçirmək;
- Qatarların qəbulu və göndərilməsi ADY SMART proqramı üzərindən işləmək, lazım olarsa ADY SMART proqramında yaranmış çətinlik barəsində məlumat hesablama mərkəzinin (MHM) qaynar xətti ilə əlaqə saxlamaq;
- Stansiyanın qatar məlumatlarının və daşıma sənədlərinin çeşidlənməsi üzrə texnoloji mərkəzin operatorlarının işinə nəzarət etmək;
- Tərtib planına nəzarət etmək, sənədlərin və yüklərin qorunmasını təmin etmək, natura vərəqəsinin tərtibi zamanı vaqonların sıralama qaydalarının düzgün yazılmasını,qatar tərkibinin hazırlanmasına ayrılan vaxtda yerinə yetirmək,sənədlərdə olan məlumatların gizli saxlanmasını təmin etmək;
- Növbə zamanı stansiya dispetçerinə, stansiya növbətçisinə, birbaşa mərkəz rəisinə və stansiya rəisinin AİS üzrə müavininə məlumat vermək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Cəmiyyət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Ələt stansiyasında yerləşir.
Qatarların vaxtında qəbulunu, göndərilməsini və sənədlərin yoxlanmasını həyata keçirməkdir.
ADY SMART proqramından istifadə olunur.
Növbə zamanı stansiya dispetçerinə, növbətçiyə və mərkəz rəisinə məlumat verilir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keç