Limanlar və dəniz əməliyyatları üzrə aparıcı mütəxəssis

Dövlət Dəniz və Liman Agentliyi

Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 iyul 2026
Dillər
English, Russian

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Normativ sənədlərin və rəylərin ilkin mətnlərinin hazırlanması; Azərbaycan Respublikasında fəaliyyət göstərən dəniz limanlarının Dəniz Limanları Reyestrinin aparılması; Dəniz limanları və digər dəniz nəqliyyatı obyektləri üzrə məlumatların toplanması, bu məqsədlə yerlərdə araşdırmaların aparılması, müvafiq sorğuların verilməsi üzrə məlumatların toplanılması; Gəmi mülkiyyətçisi və gəmi heyəti tərəfindən, həmçinin dəniz limanları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməsi vəziyyətinin təhlilində iştirak edilməsi; Dəniz Limanları Reyestrində qeydiyyata alınmış dəniz limanlarına dair məcburi qaydaların ilkin layihələrinin işlənib hazırlanması; Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən limanların və liman infrastrukturuna malik dəniz nəqliyyatı obyektlərində dövri və növbədənkənar yoxlamaların həyata keçirilməsi; Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən limanların və liman infrastrukturuna malik dəniz nəqliyyatı obyektlərində dövri və növbədənkənar yoxlamalara dair hesabatların hazırlanması; Dövlət proqramlarına və inkişaf konsepsiyalarına dair şöbənin fəaliyyət istiqaməti üzrə təkliflərin verilməsində iştirak edilməsi; Azərbaycan Respublikasında limanların sabit fəaliyyətinin təmin olunması üçün mövcud vəziyyətin öyrənilməsi və təhlilində iştirak edilməsi; Şöbəyə daxil olan müraciətlərin araşdırılması və vaxtında cavablandırılması; Liman və digər dəniz nəqliyyatı obyektlərinin tikintisi, yenidənqurulması və rekonstruksiyası ilə əlaqədar şöbəyə təqdim edilmiş layihələrə müvafiq rəyin verilməsi; Hidrotexniki qurğuların uçotunun aparılmasında iştirak edilməsi; Statistik məlumatların toplanması, ümumiləşdirilməsi və təhlilinin aparılması; Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq digər vəzifələrin icrası. Tələb olunan bilik və bacarıqlar: Limanlara dair yerli və beynəlxalq qanunvericiliyə dair biliklər; Qanunvericiliyin təhlili və analizi bacarığı; Liman infrastruktur obyektlərinin uyğunluq göstəricilərinin yoxlanılması bacarığı; MS Office proqramlarında işləmə bacarığı; Şifahi və yazılı ünsiyyət bacarığı; Dəqiqlik və məsuliyyətlilik; Təhlil etmə bacarığı; İngilis dili – yaxşı; Rus dili – yaxşı; Komandada işləmə bacarığı; Vəzifə üzrə təcrübə: Müvafiq sahə üzrə minimum - 2 il iş təcrübəsi. Təhsil və kvalifikasiyalar: Dəniz hüququ, Dəniz texnikası və texnologiyası mühəndisliyi, Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi və ya Dəniz naviqasiya mühəndisliyi ixtisasları üzrə ali təhsil; Arzu olunan tələblər: Dənizçilik sahəsində beynəlxalq sertifikatlar və biliklər; Müraciət etmə qaydaları:

Şirkət haqqında

Dövlət Dəniz və Liman Agentliyi
Government · Baku
Dövlət Dəniz və Liman Agentliyi — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Limanlar və dəniz əməliyyatları üzrə aparıcı mütəxəssis
Müraciət et