Vakansiya haqqında
İşin Təsviri və Öhdəliklər:
- Quyudibi ESP sistemlərinin yerüstü və quyudibi elektrik avadanlıqlarının montajı, sazlanması, diaqnostikası və cari təmirini həyata keçirmək;
- VFD (Tezlik Çevirici) idarəetmə şkaflarının, daxili elektrik sxemlərinin, Giriş (Input) və Çıxış (Output) reaktorlarının texniki baxımını təmin etmək;
- Quyudibi sualtı elektrik mühərriklərinin (12-30 kW və yuxarı) elektrik sarğılarının və yüksək gərginlikli (3 KV / 5 KV) güc kabellərinin izolyasiya müqavimətini (Megger testi) yoxlamaq, kabel muftalarının (splice) qurulmasında iştirak etmək;
- Quyudibi telemetriya sensorlarının (TMS) rabitə xətlərini və yerüstü GSM-modem monitorinq sistemlərini sazlamaq, göstəriciləri izləmək;
- Nasosun işçi xarakteristikası əyrilərini (Pump Performance Curve) analiz edərək elektrik yüklənmələrini idarə etmək və mühərrikin həddindən artıq qızması (overload) və ya sıxışması (lock) hallarında nasazlıqları aradan qaldırmaq;
- Ağır quyu şəraitində (qum, yüksək su və bakterial mühit) elektrik avadanlıqlarının fasiləsiz işini təmin etmək;
- Elektrik təhlükəsizliyi (HSE/SƏTƏM) qaydalarına və sənaye standartlarına ciddi şəkildə riayət etmək.
Namizədə dair Tələblər:
- Təhsil: Elektroenergetika mühəndisliyi, Avtomatika üzrə Ali təhsili;
- Təcrübə: Neft-qaz hasilatı sahəsində, xüsusilə ESP sistemlərinin, VFD kabinetlərinin və kabellərin təmiri/montajı sahəsində minimum 3 il rəsmi iş təcrübəsi;
- Sertifikat: 1000V-dan yuxarı gərginlikli qurğularda işləmək üçün IV və ya V rəsmi Elektrik Təhlükəsizliyi Qrupu sertifikatı / vəsiqəsi (Mütləqdir);
- Texniki Biliklər: Elektrik sxemlərini (Schematic Diagrams) və avadanlıq pasportlarını sərbəst oxumaq bacarığı;
- Dil Bilikləri: Azərbaycan dili (əla), Rus(əla), İngilis dili bilikləri (orta/texniki səviyyədə) arzuolunandır;
- Komandada işləmək bacarığı, məsuliyyətlilik və texniki problemləri operativ həll etmə qabiliyyəti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Qeyd: CV göndərərkən mütləq şəkildə maaş gözlənitnizi yazın.
Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
21 sentyabr 2026
Şirkət haqqında
Alvotek FZCO
Mədənçıxarma, neft və qaz, Neft-qaz xidmətləri
"Alvotek FZCO" neft və qaz sənayesində quyuların məhsuldarlığının artırılması, süni qaldırma sistemlərinin (Artificial Lift Solutions) tətbiqi və xüsusilə Elektrik Dalma Nasosları (ESP) və Vintli Nasoslar (PCP) üzrə ixtisaslaşmış qlobal…
Alvotek FZCO — bütün vakansiyalar