Layihələrin elektrik sistemi işlərini yoxlamaq və 5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
İş şəraiti
- Layihə: 315 MWac Solar PV Project
- İş rejimi: 6 günlük
- İş yeri: Neftçala, Azərbaycan
- Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq qarşılıqlı razılaşma yolu ilə
- Qidalanma: Təmin edilir
- Yaşayış: Təmin edilir
Avensol şirkəti 315 MWac gücündə iri həcmli Günəş Elektrik Stansiyası layihəsi üzrə elektrik işlərinin icrasına texniki nəzarət və koordinasiya etmək üçün təcrübəli Elektrik Mühəndisi axtarır.
Əsas vəzifə və öhdəliklər
- Elektrik quraşdırma işlərinin təsdiq edilmiş layihə, texniki spesifikasiya və standartlara uyğun icrasına nəzarət etmək;
- Method Statement (MOS) və Material Approval Request (MAR) sənədlərini hazırlamaq və nəzərdən keçirmək;
- Redline / As-Built çertyojlarının hazırlanması və faktiki quraşdırmanın sənədləşdirilməsinə nəzarət etmək;
- PV modulları, DC/AC kabellər, invertorlar, transformatorlar, MV/LV sistemləri və yarımstansiya üzrə işləri koordinasiya etmək;
- Kabel çəkilişi, sonlandırma, torpaqlama və elektrik sınaqlarına nəzarət etmək;
- ITP, Testing & Commissioning, Punch List və NCR proseslərində iştirak etmək;
- Gündəlik və həftəlik işlərin icra vəziyyəti üzrə hesabatlar hazırlamaq;
- QA/QC və HSE tələblərinə uyğunluğun təmin edilməsində iştirak etmək.
Namizədə tələblər
- Elektrik mühəndisliyi üzrə ali təhsil və müvafiq sahədə iş təcrübəsi;
- İri həcmli Solar PV / enerji layihələri üzrə praktiki təcrübə;
- MV/LV sistemləri, transformator, switchgear, kabel və torpaqlama sistemləri üzrə güclü texniki bilik;
- MOS, MAR və As-Built sənədləri ilə işləmə bacarığı;
- Elektrik çertyojlarının oxunması və AutoCAD üzrə bilik;
- IEC standartları və texniki spesifikasiyalarla işləmə bacarığı;
- İngilis dilində texniki sənədlərlə işləmə bacarığı.
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Elektrik Mühəndisi” başlığı ilə göndərə bilərlər.
Şirkət haqqında
Avensol MMC — Azərbaycan Respublikasının enerji sektorunda mühəndislik, təchizat və tikinti (EPC) sahəsində aparıcı şirkətidir.
Avensol MMC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Tikinti və fit-out layihələrini idarə edir, 5 il təcrübə və güclü idarəetmə bacarığı tələb olunur
Dənizdə NDT avadanlıqlarını idarə edir və MT, PT sertifikatlarına malikdir.
Zəif axın sistemlərinin layihələndirilməsi və texniki sənədlərin hazırlanması üzrə 2-3 il təcrübə tələb olunur.




