Enerji sektorunda elektrik dizaynı hazırlayır və layihə tələblərinə uyğun həllər təqdim edir.
Vakansiya haqqında
İşin Təsviri və Öhdəliklər:
- Hündürmərtəbəli bina layihəsində güc və işıqlandırma, və zəif axın (yanğın həyəcanı, kamera, İT və s.) sistemlərinin quraşdırılması işlərini idarə etmək;
- Elektrik təsisat işlərinin Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (MQT / PUE) uyğun aparılmasına nəzarət etmək;
- Subpodratçıların iş keyfiyyətini, materialların standartlara uyğunluğunu və layihə qrafikini yoxlamaq;
- Sahədəki elektrik işlərinə dair gizli işlər aktlarının və icraat cizgilərinin (As-Built) düzgünlüyünü təmin etmək.
Tələblər:
- Təcrübə: Hündürmərtəbəli bina layihələrində elektrik və zəif axın sistemləri üzrə minimum 5 il iş təcrübəsi;
- Təhsil: Sahə üzrə ali mühəndislik təhsili (Elektrik mühəndisliyi);
- Proqram Bilikləri: AutoCAD proqramında layihə və sxemlərlə sərbəst işləmək bacarığı;
- Yerli elektrik standartlarını, tikinti normativlərini və təhlükəsizlik qaydalarını yaxşı bilmək.
Şərtlər:
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı: Müsahibə əsasında (namizədin təcrübəsinə uyğun);
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirilmə.
Zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “Elektrik Mühəndisi” qeyd edin.
Komandamıza qoşularaq müasir, funksional və ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi komandamızda görməkdən məmnun olarıq!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Elektrik mühəndisi üzrə bazar adətən 800–1 300 ₼ ödəyir, median — 1 000 ₼.
27 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Elektrik mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
MEC DESIGN MMC prestijli yüksək səviyyəli layihələr üçün yüksək keyfiyyətli memarlıq, MEP və təbii daş işlərini təqdim edən Azərbaycanda aparıcı podratçılıq və təchizat şirkətidir.
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarElektrik mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Elektrik sistemlərinin layihələndirilməsi və texniki hesablamalar üzrə 2-3 il təcrübəsi olan mühəndis.
Elektrik dizayn mühəndisi kimi infrastruktur layihələrində elektrik sistemlərinin dizaynını idarə edir və texniki sənədləri hazırlayır.
Elektrik işləri üzrə layihələrin hazırlanması və AutoCAD bilikləri tələb olunur.





