Zavodun elektrik avadanlıqlarının təmiri və xidmətini təmin etmək üçün elektrik bilikləri tələb olunur.
Vakansiya haqqında
Nur Collection-dən vakansiya: Elektrik tələb olunur
Vəzifə öhdəlikləri:
- Şirkətin istehsal sahələrində istifadə olunan avadanlıqların texniki vəziyyətinin mütəmadi yoxlanmasında iştirak etmək və nasazlıqları aradan qaldırmaq;
- Şirkətin daxili transformator yarımstansiyalarına və paylayıcı qurğu avadanlıqlarına texniki xidmət göstərmək;
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün icrasını həyata keçirmək;
- İstismarda olan avadanlıqların elektrikli ehtiyat hissələrinin yoxlanılması, yaranan problemlər barəsində sex rəisinə məlumat verilməsi və yaranan problemi qısa zamanda həll etmək;
- Elektrik enerji mənbəyi olan qurğuların istismarı və onlara vaxtaşırı qulluq etmək;
- Elektrik quraşdırma işlərini icra etmək;
- Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
- Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
- Elektrik avadanlıqlarına mütəmadi qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini icra etmək,
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək,
Namizədlərə tələblər:
- Təhsil: Ali və ya orta ixtisas təhsili (elektroenergetika üzrə),
- İş təcrübəsi: Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi,
- Elektrik avadanlıqları haqqında nəzəri və praktik biliklərinin olması,
- Avtomatik idarəetmə sistemlərini bilməli,
- Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı,
- Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, maqnit işəburaxıcı, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması,
- Normativ və Texniki sənədlərlə işləmək bacarığı,
İş şərtləri:
- İş qrafiki: 6 günlük iş həftəsi
- İş yeri: Abşeron rayonu Əliağa Vahid 1B
- Nahar şirkət tərəfindən verilir
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 1000 manat təşkil edir (Namizədin bilik və bacarığına əsasən müsahibə zamanı müəyyən ediləcəkdir)
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Vakansiyalara necə müraciət etmək olar?
Hər elanda Müraciət üçün bölmə mövcuddur, orada işəgötürən tərəfindən təqdim olunmuş əlaqə vasitələr qeyd olunub. Vakansiyalara müraciət etmək üçün bu məlumatlar əsasında CV-rezüme göndərmək lazımdır
Tələbələr üçün iş elanları mövcuddur?
Saytda dərc olunmuş iş elanların daxilində xüsusi olaraq iş qrafiki qeyd olunub - buna uyğun təyin edə bilərsiz ki bu elan tələbələr uyğundur ya yox. Əlavə olaraq işəgötürən şirkətlər xüsusi qeyd edirlər ki yerləşdirən elanlar tələbələrə uyğundur ya yox
Sizdə işədüzəltmədir? Vakansiyalara müraciət pulsuzdur?
İşəQəbul layihəsi - Pulsuz Elanlar Saytıdır, Azərbaycan Respublikasında rəsmi fəaliyyət göstərən real şirkətlər saytımızda öz vakansiyaları PULSUZ olaraq yerləşdirə bilərlər - ziyarətçilər isə bu vakansiyalara PULSUZ olaraq müraciət edə bilərlər.
İşədüzəltmə, Şəbəkə marketinq şirkətlərin elanları sayta qəbul olunmur
İs elanlari tapmaq çətinlik çəkirəm - nə etmək olar?
Vakansiya necə yerləşdirmək olar?
Vakansiya yerləşdirmək üçün ELAN VER keçidinə daxil olmaq lazımdır
5/5 - (1 səs)
Şirkət haqqında
2014-cü ildən pərakəndə geyim mağazaları şəbəkəsi kimi fəaliyyət göstərən, 2021-ci ildən etibarən "Nur Collection" MMC öz yerli geyim brendini yaradaraq qadın, uşaq, kişi geyimləri istehsal etməyə başlamışdır.
Nur Collection — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Texniki direktoru kimi IT infrastruktur, şəbəkə və təhlükəsizlik texnologiyalarında 5+ il təcrübə tələb olunur.
Sement zavodunda elektrik avadanlıqlarının təhlükəsiz işləməsini təmin edir, minimum 2 il təcrübə tələb olunur.
Enerji avadanlıqlarının fasiləsiz işini təmin edir və texniki baxış aparır.



