Elektrik mühəndisi sənaye və bina layihələrini hazırlayır, AutoCAD bilikləri tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Bina daxili elektrik və işıqlandırma sxemlərinin hazırlanması və qurulması;
Elektrik xətlərinin layihəyə uyğun çəkilməsi və montajına nəzarət;
Elektrik lövhələrinin, avtomat açarların, qoruyucu avadanlıqların seçilməsi və quraşdırılması;
Kabel kəsiklərinin, elektrik yüklərinin və güc tələbatının hesablanması;
Güc və işıqlandırma kabellərinin çəkilməsi;
Zəif axın sistemlərinin kabel infrastrukturlarının qurulması;
Yanğın siqnalizasiya sistemlərinin kabel çəkilişi və montajı;
CCTV, internet, telefon, girişə nəzarət və digər zəif axın sistemlərinin qurulması;
Elektrik və zəif axın sxemlərinin oxunması və işlərin həmin sxemlərə uyğun həyata keçirilməsi;
Görülmüş işlərin yoxlanılması, test edilməsi və istismara hazırlanması;
Obyektdə elektrik təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət.
Tələblər
Elektrik mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili;
Bina daxili elektrik sistemləri üzrə praktiki təcrübə;
Elektrik, işıqlandırma və zəif axın sxemlərini oxuma bacarığı;
Avtomat, kontaktor, rele, elektrik lövhəsi və qoruyucu avadanlıqlar barədə bilik;
Kabel seçimi və elektrik yükü hesablamalarını bilməsi;
Zəif axın, yanğın siqnalizasiya, CCTV və şəbəkə kabelləşməsi üzrə anlayış;
Məsuliyyətli, dəqiq və komandada işləmək bacarığı.
Üstünlük veriləcək:
AutoCAD proqramında elektrik sxemləri ilə işləmə bacarığı;
Tikinti və ya obyektlərin elektrik montajı sahəsində iş təcrübəsi;
Elektrik və zəif axın sistemlərinin həm layihələndirilməsi, həm də montajında təcrübə.
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Elektrik və Elektronika Mühəndisliyi üzrə nəzəri və praktiki dərslər keçirir, elektrik sxemlərini analiz edir.
İstehsal prosesinin fasiləsizliyi üçün elektrik və avtomatika problemlərini həll edir, minimum 1 il təcrübə tələb olunur.
Elektrik avadanlıqlarının təmiri və quraşdırılması işlərini görür, elektrik təmiri bacarığı tələb olunur.



